Tarix:08/07/15
Hesabata görə, göstərici ötən illə müqayisədə 40 faiz artıb. Bundan başqa, ilk üç ayın göstəricisi yeni virusların sutkada ortaillik sayını ötüb.
Cari ilin ilk üç ayında zərərli proqram təminatı arasında ən çox "CryptoLocker" kimi pul tələb edən proqramlara təsadüf edilib. Kibercinayətkarlar şirkətlərdən informasiya oğurlayaraq məlumatların qaytarılması və məxfiliyin saxlanılması üçün pul tələb ediblər.
Təkcə neft və qaz nəqli sahəsində fəaliyyət göstərən on şirkət belə kiberhücumlardan zərər çəkib.
Birinci rübdə digər populyar hücum üsulları arasında sosial şəbəkələrdən və mobil qurğular üçün zərərli proqramlardan istifadə edilib. Fırıldaqçılardan biri "Facebook" şəbəkəsində saxta hədiyyəli "Zara" kartını 500 dollara satıb.
"Android" mobil əməliyyat sistemi mobil zərərli hücumlar, xüsusilə zərərli SMS bildirişlər vasitəsilə hücumlar üçün əsas hədəf olub.
Bildirilir ki, dünyada yoluxdurulmuş fərdi kompüterlərin orta sayı 36,51 faiz təşkil edir ki, bu da 2014-cü ilə nisbətdə 6 faiz çoxdur. Reytinqdə Çin, Türkiyə və Peru liderdir.
Az yoluxdurulan kompüterlər Avropa ölkələrində - Norveç, Danimarka və Finlandiyadadır, - "Payspacemagazine" yazır.
Hər gün 225 mindən çox yeni zərərli proqram qeydə alınır
2015-ci ilin birinci rübündə hər gün 225 mindən çox yeni zərərli proqram qeydə alınıb, bəzi hallarda virusların sayı 500 minə çatıb. Bu barədə "PandaLabs" antivirus şirkətinin hesabatında deyilir.Hesabata görə, göstərici ötən illə müqayisədə 40 faiz artıb. Bundan başqa, ilk üç ayın göstəricisi yeni virusların sutkada ortaillik sayını ötüb.
Cari ilin ilk üç ayında zərərli proqram təminatı arasında ən çox "CryptoLocker" kimi pul tələb edən proqramlara təsadüf edilib. Kibercinayətkarlar şirkətlərdən informasiya oğurlayaraq məlumatların qaytarılması və məxfiliyin saxlanılması üçün pul tələb ediblər.
Təkcə neft və qaz nəqli sahəsində fəaliyyət göstərən on şirkət belə kiberhücumlardan zərər çəkib.
Birinci rübdə digər populyar hücum üsulları arasında sosial şəbəkələrdən və mobil qurğular üçün zərərli proqramlardan istifadə edilib. Fırıldaqçılardan biri "Facebook" şəbəkəsində saxta hədiyyəli "Zara" kartını 500 dollara satıb.
"Android" mobil əməliyyat sistemi mobil zərərli hücumlar, xüsusilə zərərli SMS bildirişlər vasitəsilə hücumlar üçün əsas hədəf olub.
Bildirilir ki, dünyada yoluxdurulmuş fərdi kompüterlərin orta sayı 36,51 faiz təşkil edir ki, bu da 2014-cü ilə nisbətdə 6 faiz çoxdur. Reytinqdə Çin, Türkiyə və Peru liderdir.
Az yoluxdurulan kompüterlər Avropa ölkələrində - Norveç, Danimarka və Finlandiyadadır, - "Payspacemagazine" yazır.
Baxış sayı: 1192
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir