12px13px15px17px
Tarix:14/07/15

BMT kiberməkan üçün ABŞ-ın təklif etdiyi normaları qəbul edəcək

Birləşmiş Millətlər Təşkilatı (BMT) internet məkanında bütün ölkələrin əməl edəcəyi müəyyən qaydaların yaradılmasının zəruriliyi ilə razılaşıb.
 
Normalar onları idarəolunmaz kiberməkanın məhdudlaşdırılması üzrə formal müqavilələrin alternativi kimi qələmə verən ABŞ diplomatları tərəfindən təqdim edilib.
 
BMT hökumət ekspertlər qrupu tərəfindən bəyənilən normalara ölkələrin kiberhücumlar vasitəsilə digər ölkələrin mühüm infrastruktur obyektlərinə ziyan vurmağa səy göstərməmək, bir-birinin mühafizə sistemlərinə hücum etməmək, eləcə də digər ölkələrə öz ərazilərində törədilən kibercinayətlərin təhqiqində kömək etmək haqqında müddəalar daxildir.   
 
20 ölkəni təmsil edən ekspertlər komitəsi tərəfindən tərtib edilən xüsusi sənədə daxil ediləcək normaların BMT Baş Assambleyasının növbəti iclasında qəbul ediləcəyi gözlənilir, - “Qazetayazır.



Baxış sayı: 1092

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024