Tarix:22/07/15
Ekspertlər hesab edir ki, hazırda biometrik autentifikasiya texnologiyalarına potensial tələbat duyulur.
İstifadəçilər ənənəvi parolları və PİN-kodları digər autentifikasiya metodları ilə əvəzləmək istəyir. Respondentlərin 60 faizi istifadəçi adlarını və parolları narahat hesab edir, 77 faizi internetdə informasiya mühafizəsinin alternativ üsullarından istifadədə maraqlıdır.
Tədqiqatdan məlum olub ki, istifadəçilərin alternativ autentifikasiya üsullarına hazırlığı ölkələrdən asılıdır. Belə ki, Çin istifadəçilərinin 92 faizi və Hindistan istifadəçilərinin 84 faizi standart parollar əvəzinə digər autentifikasiya üsullarını sınaqdan keçirməyə hazırdır. Braziliya, Meksika və İsveçdə belə istifadəçilərin sayı 78 faiz, ABŞ-da 74 faiz təşkil edir.
Dünya istehlakçılarının 46 faizi öz fərdi məlumatlarının təhlükəsizliyinə əmindir. Bununla yanaşı, bu məsələdə inkişaf etməkdə olan ölkələrin sakinlərinin əminliyi inkişaf etmiş ölkələrin sakinləri ilə müqayisədə müvafiq olaraq 50 və 42 faiz təşkil edir.
Sorğu zamanı 2014-cü ilin oktyabr-noyabrında 24 ölkədə 24 min istifadəçinin rəyi öyrənilib, - "Payspacemagazine” yazır.
Alternativ autentifikasiya üsulları populyarlaşır
"Accenture” şirkətinin tədqiqatına görə, əksər istifadəçilər ad və parollardan istifadədən yorulub və alternativ autentifikasiya üsullarında maraqlıdır.Ekspertlər hesab edir ki, hazırda biometrik autentifikasiya texnologiyalarına potensial tələbat duyulur.
İstifadəçilər ənənəvi parolları və PİN-kodları digər autentifikasiya metodları ilə əvəzləmək istəyir. Respondentlərin 60 faizi istifadəçi adlarını və parolları narahat hesab edir, 77 faizi internetdə informasiya mühafizəsinin alternativ üsullarından istifadədə maraqlıdır.
Tədqiqatdan məlum olub ki, istifadəçilərin alternativ autentifikasiya üsullarına hazırlığı ölkələrdən asılıdır. Belə ki, Çin istifadəçilərinin 92 faizi və Hindistan istifadəçilərinin 84 faizi standart parollar əvəzinə digər autentifikasiya üsullarını sınaqdan keçirməyə hazırdır. Braziliya, Meksika və İsveçdə belə istifadəçilərin sayı 78 faiz, ABŞ-da 74 faiz təşkil edir.
Dünya istehlakçılarının 46 faizi öz fərdi məlumatlarının təhlükəsizliyinə əmindir. Bununla yanaşı, bu məsələdə inkişaf etməkdə olan ölkələrin sakinlərinin əminliyi inkişaf etmiş ölkələrin sakinləri ilə müqayisədə müvafiq olaraq 50 və 42 faiz təşkil edir.
Sorğu zamanı 2014-cü ilin oktyabr-noyabrında 24 ölkədə 24 min istifadəçinin rəyi öyrənilib, - "Payspacemagazine” yazır.
Baxış sayı: 1063
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir