Tarix:31/07/15
Belə ki, son “The Dice Report” hesabatına görə, bu sahədə ən yüksək əməkhaqqı alan illik gəliri 230 min dollar təşkil edən informasiya təhlükəsizliyi üzrə mühəndislərdir. Lakin vəziyyətə ümumi nəzər salsaq əsas peşələr nəzərə alınmamaqla kibertəhlükəsizlik bazarında yüksəkixtisaslı kadrlara kəskin çatışmazlığın müşahidə edilməsini görərik.
“Gözlənildiyinə görə, sahədə işçi qüvvəsinə tələbat artıq 2019-cu ilin sonunadək 6 milyon vakansiyayadək artacaq, halbuki proqnozlaşdırılan defisit 1,5 milyon mütəxəssisdir”, - "Symantec” şirkətinin baş direktoru Maykl Braun bildirib.
Şimali Amerika və EMEA regionunda mindən çox İT mütəxəssisi arasında keçirilən “451 Research” tədqiqatına görə, informasiya təhlükəsizliyi üzrə direktorlar profilli layihələrin həyata keçirilməsi prosesində çoxlu çətinliklərlə qarşılaşırlar ki, bu da tabeçilikdə olan şəxslərdə zəruri bacarıqların (34,5 faiz) və ya müəssisələrdə lazımi mütəxəssislərin (26,4 faiz) olmaması ilə əlaqədardır. Yaranmış şərait nəzərə alınmaqla təşkilatların yalnız 24 faizi daxili informasiya resurslarının kompleks mühafizəsini öz gücləri ilə təmin etmək iqtidarındadır.
Mütəxəssislərin sözlərinə görə, qeyd olunanlar nəzərə alınsa, əksər ekspert və analitiklərin informasiya təhlükəsizliyi sahəsini növbəti yeddi il üçün ən perspektivli və tələbatın çox olduğu peşələrə aid etməsinin səbəbi məlum olur. Bundan başqa, 2022-ci ilədək bu peşə sahiblərinə tələbatın 36,5 faiz artacağı gözlənilir, - "CNews” yazır.
Dünya informasiya təhlükəsizliyi sahəsində yüksəkixtisaslı kadrlara kəskin ehtiyac duyulur
2014-2015-ci ilin birinci yarısında informasiya təhlükəsizliyi sahəsində əmək bazarının ümumi vəziyyətində maraqlı faktlar qeydə alınıb.Belə ki, son “The Dice Report” hesabatına görə, bu sahədə ən yüksək əməkhaqqı alan illik gəliri 230 min dollar təşkil edən informasiya təhlükəsizliyi üzrə mühəndislərdir. Lakin vəziyyətə ümumi nəzər salsaq əsas peşələr nəzərə alınmamaqla kibertəhlükəsizlik bazarında yüksəkixtisaslı kadrlara kəskin çatışmazlığın müşahidə edilməsini görərik.
“Gözlənildiyinə görə, sahədə işçi qüvvəsinə tələbat artıq 2019-cu ilin sonunadək 6 milyon vakansiyayadək artacaq, halbuki proqnozlaşdırılan defisit 1,5 milyon mütəxəssisdir”, - "Symantec” şirkətinin baş direktoru Maykl Braun bildirib.
Şimali Amerika və EMEA regionunda mindən çox İT mütəxəssisi arasında keçirilən “451 Research” tədqiqatına görə, informasiya təhlükəsizliyi üzrə direktorlar profilli layihələrin həyata keçirilməsi prosesində çoxlu çətinliklərlə qarşılaşırlar ki, bu da tabeçilikdə olan şəxslərdə zəruri bacarıqların (34,5 faiz) və ya müəssisələrdə lazımi mütəxəssislərin (26,4 faiz) olmaması ilə əlaqədardır. Yaranmış şərait nəzərə alınmaqla təşkilatların yalnız 24 faizi daxili informasiya resurslarının kompleks mühafizəsini öz gücləri ilə təmin etmək iqtidarındadır.
Mütəxəssislərin sözlərinə görə, qeyd olunanlar nəzərə alınsa, əksər ekspert və analitiklərin informasiya təhlükəsizliyi sahəsini növbəti yeddi il üçün ən perspektivli və tələbatın çox olduğu peşələrə aid etməsinin səbəbi məlum olur. Bundan başqa, 2022-ci ilədək bu peşə sahiblərinə tələbatın 36,5 faiz artacağı gözlənilir, - "CNews” yazır.
Baxış sayı: 1139
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir