12px13px15px17px
Tarix:03/08/15

“Kasperski laboratoriyası” virusa yoluxma riski ən çox olan ölkələrin reytinqini dərc edib

Dünyanın aparıcı anvirus istehsalçılarından biri olan “Kasperski laboratoriyası” bu ilin ikinci rübünün yekunlarına həsr olunmuş hesabatını dərc edib.
 
“ICTnews” elektron xəbər xidmətinin şirkətin rəsmi internet  səhifəsinə istinadən verdiyi məlumata əsasən, bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyd edilən göstərici 16,3 faiz azalıb.
 
 
 
Hesabatda təqdim edilən reytinqdə ilk onluğa 30-38 faizlə Rusiya, Qazaxıstan, Ukrayna, Suriya, Belarus, Tailand, Moldova və Vyetnam daxil olublar.
 
 
Virusa yoluxma riskinə ən çox məruz qalan ölkələrin iyirmiliyinə Ermənistan, Qırğızıstan, Xorvatiya, Əlcəzair, Qətər, Çin, Monqolustan, Makedoniya, Bosniya və Herseqovina və Yunanıstan daxil olub.
 
 
Argentina, Niderland, Koreya, İsveç, Paraqvay və Danimarka kimi ölkələrin internet məkanı 10-13 faizlə ən az riskli internet seqmentidir.
 
Hesabat dövründə Azərbaycanda istifadəçilərin 32,16 faizi internet vasitəsi ilə virusa yoluxma riski ilə üzləşib.
 
Təkcə "Kasperski laboratoriyası" bu ilin iki rübündə dünya üzrə internet resurslarından həyata keçirilən 380 milyona yaxın hücumun qarşısını alıb. Bu dövrdə antivirus istifadəçilərinin kompüterində təqribən 26 milyon sanksiyalaşdırılmamış hücum aşkar edillib. Ümumilikdə kompüter və mobil qurğularda qarşısı alınmış kiberhücumların sayı 110,7 milyondan çox olub.
 
 
Aynur Vəliyeva
 



Baxış sayı: 682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024