Tarix:20/08/15
Şirkət nümayəndələrinin sözlərinə görə, hesabat dövründə təkcə “Shellshock” boşluğundan istifadə internet proqramlarının 49 faizinə hücumla nəticələnib. Bundan başqa, “Akamai” şirkəti tərəfindən “WordPress” plaginlərində boşluqlar aşkar olunub.
“DDoS” hücumlarının və internet proqramlarına hücumların sayı hər rüb artır. Cinayətkarlar daim taktikanı dəyişərək yeni boşluqlar axtarır və hətta çoxlarının aktual hesab etmədiyi köhnə üsullardan istifadə edirlər”, - şirkətin informasiya təhlükəsizliyi məsələləri üzrə vitse-prezidenti Con Sammers bildirib.
“Akamai” mütəxəssislərinin sözlərinə görə, təkcə “DDoS” hücumların sayı yox, həm də onların təhlükəsizlik səviyyəsi artır. Belə ki, ekspertlər tərəfindən sürəti 240 Qb/saniyəyə çatan və 13 saatdan çox davam edən ciddi hücumlar aşkarlanıb. Hesabata görə, "CloudFlare” şirkəti “DDoS” hücumların qarşısını alan yeganə olub.
“Akamai” nümayəndələrinin sözlərinə görə, il ərzində hücumların sayı 132 faiz, əvvəlki rüblə müqayisədə 7 faiz yüksəlib, - "SecurityLab” yazır.
İl ərzində “DDoS” hücumların sayı 132 faiz artıb
Təhlükəsizlik məsələlərində ixtisaslaşan “Akamai” şirkətinin məlumatına görə, gələcəkdə “DDoS” hücumların sayı artacaq. Bu barədə şirkətin internet təhlükəsizliyi üzrə rüblük hesabatında deyilir.Şirkət nümayəndələrinin sözlərinə görə, hesabat dövründə təkcə “Shellshock” boşluğundan istifadə internet proqramlarının 49 faizinə hücumla nəticələnib. Bundan başqa, “Akamai” şirkəti tərəfindən “WordPress” plaginlərində boşluqlar aşkar olunub.
“DDoS” hücumlarının və internet proqramlarına hücumların sayı hər rüb artır. Cinayətkarlar daim taktikanı dəyişərək yeni boşluqlar axtarır və hətta çoxlarının aktual hesab etmədiyi köhnə üsullardan istifadə edirlər”, - şirkətin informasiya təhlükəsizliyi məsələləri üzrə vitse-prezidenti Con Sammers bildirib.
“Akamai” mütəxəssislərinin sözlərinə görə, təkcə “DDoS” hücumların sayı yox, həm də onların təhlükəsizlik səviyyəsi artır. Belə ki, ekspertlər tərəfindən sürəti 240 Qb/saniyəyə çatan və 13 saatdan çox davam edən ciddi hücumlar aşkarlanıb. Hesabata görə, "CloudFlare” şirkəti “DDoS” hücumların qarşısını alan yeganə olub.
“Akamai” nümayəndələrinin sözlərinə görə, il ərzində hücumların sayı 132 faiz, əvvəlki rüblə müqayisədə 7 faiz yüksəlib, - "SecurityLab” yazır.
Baxış sayı: 588
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir