12px13px15px17px
Tarix:27/08/15

Şirkətlərin çoxu kiberhücumların uğurlu olacağını gözləyir

“CyberEdge Group” şirkəti tərəfindən rəyi soruşulan təhlükəsizlik üzrə mütəxəssislərin 52 faizinin fikrincə, onların şirkəti 2015-ci ilin sonunadək uğurlu kiberhücumun qurbanı olacaq. Ötən il belə pessimistlərin sayı 39 faiz təşkil edib.
 
İnformasiya təhlükəsizliyi sahəsinin mütəxəssislərini narahat edən əsas kibertəhdidlər kimi internet əlavələrinə (Veb-proqramlar) hücumlar göstərilir. Veb-proqramlar müasir şirkətlərdə geniş yayılıb və çox vaxt cinayətkarların diqqət mərkəzində olur. Bunun üçün səbəblər çoxdur və onlardan biri məxfi məlumatlara birbaşa çıxışın olmasıdır.
 
Bundan başqa, mütəxəssislərdə mobil qurğuların təhlükəsizliyi xüsusi narahatlıq doğurur. Şirkətlərin bacarığı qiymətləndirilən zaman İT-nin maraq dairəsinə daxil olan müxtəlif sahələrdə kibertəhdidlərdən mühafizədə mobil qurğular respondentlər tərəfindən ən aşağı balla qiymətləndirilib. Reytinqdə sonrakı yerlərdə noutbuklar və sosial şəbəkələr üçün əlavələr qərarlaşıb.
 
Şirkətlərin üçdə iki hissəsi əsas qurğuların mühafizəsi üçün malik olduğu alətləri dəyişmək və ya modernləşdirmək niyyətindədir, - "Computerworld yazır.



Baxış sayı: 532

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024