12px13px15px17px
Tarix:31/08/15

ABŞ haker hücumları ilə əlaqədar Çinə qarşı sanksiya tətbiqini planlaşdırır

“The Washington Post” qəzeti yazır ki, Ağ Ev Çin şirkətləri və ayrı-ayrı şəxslərə qarşı sanksiyaların tətbiqi məsələsinə baxmaq niyyətindədir.

Prezident administrasiyası onları kommersiya sirrini ələ keçirmək məqsədilə ABŞ şirkətlərinə qarşı haker hücumlarında ittiham edir.
 
Qeyd edək ki, ABŞ son zamanlar Çini tez-tez Amerika şirkətləri və dövlət idarələrinin saytlarına haker hücumlarında ittiham edir. Çin bu ittihamları rədd edərək bildirib ki, özü hakerlərin obyektidir və dövlətləri haker fəaliyyətinin qarşısının alınması üçün beynəlxalq əməkdaşlığa səsləyir.
 
“ICTnews.az” saytı “interfax.ru” saytına istinadən xəbər verir ki, müşahidəçilərin məlumatına görə, Çinin sədri Si Szinpinin sentyabrda ABŞ-a səfəri zamanı hər iki ölkənin nümayəndələri arasında əsas mövzulardan biri kibertəhlükəsizlik məsələsi olacaq.
 
Emil Hüseynov
 



Baxış sayı: 527

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024