12px13px15px17px
Tarix:10/09/15

2015-ci ilin ikinci rübündə dövlət sektoruna hücumlar artıb

2015-ci ilin ikinci rübü boşluq və hücumların yüksək səviyyəsi ilə yadda qalıb. «Trend Micro» şirkəti bu dövrdə informasiya təhlükəsizliyi sahəsində əsas tendensiyaları təhlil edərək «Arising Tide: New Hacks Threaten Public Technologies» hesabatını tərtib edib.
 
 
"İkinci rübdə biz kibertəhdidlərin landşaftında dəyişikliklər qeydə almışıq. Kibercinayətkarlar ənənəvi hücum üsullarını təkmilləşdirməklə daha təcrübəli olublar» - şirkətin baş direktoru Raymund Qines deyib. Bu rüb bizə nümayiş etdirdi ki, kiberhücumlardan dəymiş zərər proqram təminatının nasazlığı ilə müqayisədə daha ciddi fəsadlar yarada bilər. Təyyarə, avtomobil və televiziya kanalları təhdid edilə bilər".
 
 
«ICTnews.az» saytı «astera.ru» saytına istinadən yazır ki, hakerlər daha çox strateji yanaşmadan istifadə edir və uğur əldə etmək üçün ünvanlı qurbanlar seçirlər. Dövlət sektoru, həmçinin tam miqyasda kiberhücumların nəticələrini hiss edib. Cari ilin ikinci rübü ABŞ-ın vergi idarəsi və ABŞ-ın kadr xidməti idarəsindən məlumatların oğurlanması ilə yadda qalıb. Kadr xidməti idarəsindən təxminən 21 milyon insanın fərdi məlumatları oğurlanıb.
 
 
İkinci rüb üzrə kibertəhdidlərin landşaftına nəzər salsaq, o zaman qeyd etmək olar ki, ABŞ hakerlərin müxtəlif fəaliyyəti üçün əsas meydança olub.
 
 
Bu gün kibercinayətkarlıqla mübarizədə dövlət strukturlarının rolu artır. İnterpol, Avropol, Milli Təhlükəsizlik Nazirliyi və FTB botnetlərlə mübarizədə mühüm rol oynayıblar.
 
 
Veb proqramlardakı boşluqlar proqram təminatı üçün təhdidlər qədər təhlükəli hal alıb. Hakerlər istənilən mümkün boşluqdan istifadə edəcək, buna görə istifadəçi proqramları etibarlı müdafiə edilməlidir.
 
 
Göndərilmiş spamın həcminə görə Rusiya ikinci pilləni tutub. Birinci pillədə əvvəlki tək ABŞ, üçüncüdə isə Çin qərarlaşıb. Spamerlər arasında ən çox istifadə edilən dil ingilis dilidir.
 
 
Emil Hüseynov



Baxış sayı: 623

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024