12px13px15px17px
Tarix:16/09/15

Bir il ərzində kibertəhlükəsizlik dünya iqtisadiyyatına 445 milyard dollar zərər vurub

Bir il ərzində kibertəhlükəsizlik dünya iqtisadiyyatına 445 milyard dollar məbləğində zərər vurub. «BatBlue» portalında dərc edilmiş sığorta hesabatına əsasən, bu məbləğin 108 milyardı ABŞ-ın payına düşüb.
 
 
 
Hesabatda qeyd edilib ki, internet fəaliyyəti sahəsində kibercasusluq və cinayətlərlə bağlı risklər biznes üçün böyük təhdid yaratmağa davam edir. Getdikcə daha çox şirkət haker müdaxiləsinə məruz qalır.
 
 
«ICTnews.az» saytı «interfax.ru» saytına istinadən yazır ki, kibertəhlükəsizlik nəticəsində dünya iqtisadiyyatına dəymiş zərərin 50 faizi (200 milyard dollar) ABŞ, Çin, Almaniya və Yaponiya iqtisadiyyatının payına düşüb.
 
 
İndi məlumatların oğurlanması və şəxsi həyatın toxunulmazlığına müdaxilə əsas kibercinayətlərdir.
 
 
Yaxın illərdə yüksək texnologiyalar sahəsində əqli mülkiyyətin oğurlanması, kiber şantaj və diversiya geniş yayılacaq.
 
 
Emil Hüseynov



Baxış sayı: 573

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024