12px13px15px17px
Tarix:22/09/15

2030-cu ilə məlumatların təhlükəsizliyinin təmininə sərf edilmiş xərclər 120 trilyon dollar təşkil edə bilər

İsveçrənin «Zurich Insurance Group» sığorta şirkəti və «Atlantic Council»  tərəfindən birgə tərtib edilmiş hesabata əsasən, 2030-cu ildə internetdə  informasiyanın təhlükəsizliyinin təmininə sərf edilmiş xərclərin həcmi 120 trilyon dollara yaxınlaşacaq.
 
 
Hesabatda, həmçinin qeyd edilib ki, 2019-cu ildə kibertəhlükələrin idarə edilməsinə birdəfəlik illik dünya xərclərinin həcmi iqtisadi səmərəni ötəcək və bu, ABŞ-da artıq cari ildə baş verib. Bu o deməkdir ki, birdəfəlik xərclər uzunmüddətli perspektivdə fərdi informasiyanın təhlükəsizliyi barədə öncədən tədbirlər görmüş şirkətlər üçün mənfəət artımını təmin edəcək.
 
 
«ICTnews.az» saytı «cnews.ru» saytına istinadən yazır ki, deməli, təşkilatlar mümkün qədər tez qabaqlayıcı tədbirlərin təşkili ilə məşğul olmalıdır, çünki həm informasiya təhlükəsizliyinin təmini qiyməti, həm də məlumat sızmasından dəymiş zərərin həcmi artmaqda davam edir. «Barracuda Networks» şirkətinin Avropa bölməsinin baş direktoru və vitse-prezidentinin sözlərinə görə, ötən ildən etibarən bir məlumat sızmasının dəyəri 1,5 dəfə artıb. Məlumat sızması ilə bağlı növbəti qurban olmamaq üçün şirkətlər təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmalıdırlar".
 
 
 
Emil Hüseynov



Baxış sayı: 585

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024