12px13px15px17px
Tarix:29/09/15

“DARPA” əsgərlərin beyninə elektron çiplərin yerləşdirir

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) hərbçilərin beyninə elektron çiplərin tətbiqi ilə bağlı işlər aparır.
 
Nazirliyin məlumatına görə, layihənin başlıca məqsədi superəsgərlərin yaradılması yox, onların beyninin qorunmasıdır. Artıq “Neuroprosthetics” adlanan implantların sınaqları keçirilir. Bu barədə ABŞ jurnalisti Enni Ceykobsenin “Pentaqonun beyni” kitabında deyilir.
 
Məlumata görə, “DARPA” uzun illər ərzində hərbi qulluqçuların beyninə çiplərin yerləşdirilməsi ideyasını həyata keçirməyə çalışsa da, əsgərlərin “kiborq”lara çevrilməsi yalnız indi mümkün olub. Agentlik əsgərlərin döyüş meydanında döyüş qabiliyyətinin artırılması və əsgərlərin kəllə-beyin zədəsindən sonra müalicəsi üzrə bir sıra layihələr həyata keçirib.
 
Bildirilir ki, superəsgərlərin yaradılması Pentaqonun yeni proqramının yeganə məqsədi deyil. Hərbçilərin fikrincə, çiplərin tətbiqi süni intellektin yaradılması yolunda yeni addım olacaq və daha yüksəksəviyyəli robotlar yaratmağa imkan verəcək. Kitab müəllifinin yazdığına görə, agentliyin başlıca məqsədinin yeni silah növlərinin yaradılması olduğunu unutmaq olmaz. Sual doğuran əsas məsələ isə proqramın məhz hərbi məqsədlər üçün necə istifadəsi ilə bağlıdır, - "Newsru” yazır.



Baxış sayı: 530

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024