12px13px15px17px
Tarix:06/10/15

Smartfonlarımız nə dərəcədə təhlükəsizdir?!

«BBC»-yə müsahibəsində ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden bildirib ki, Britaniyanın xüsusi xidmət orqanları istifadəçilərin smartfonlarına müdaxilə edə, onların yazışması və fərdi məlumatlarını oxuya bilər.
 
 
«ICTnews.az» saytı «interfax.ru» saytına istinadən yazır ki, Snoudenin sözlərinə görə, Böyük Britaniyanın Hökumət Rabitə İdarəsi  (GCHQ) telefona şifrlənmiş mətn mesajı göndərməklə ona müdaxilə edə bilər, bundan sonra xüsusi xidmət orqanları istifadəçini dinləyə və şəklini çəkə bilər. Böyük Britaniya hökuməti bu bəyanatı şərh etməkdən imtina edib.
 
 
Snouden, həmçinin bildirib ki, GCHQ və ANB smartfonlara müdaxiləyə imkan verən texnologiyaya xeyli vəsait yatırıblar. Xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı "smurf" (Smurf suite) adlanan texnologiyadan danışıb. Bu, belçikalı rəssam Pyer Kyullifor tərəfindən düşünülmüş və çəkilmiş göy adamların şərəfinə adlandırılmış ələ keçirmə üzrə məxfi metodlardır.

 
 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 560

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024