12px13px15px17px
Tarix:08/10/15

"Cisco" şirkətinin əməkdaşı yeni kiberhücum strategiyalarını açıqlayıb

Bu yaxınlarda kiberhücumun daha bir növü aşkar edilib.

Bu barədə "Cisco" şirkətinin informasiya təhlükəsizliyi üzrə həllərin hazırlanması departamentinin meneceri Том Huq məlumat verib.

O bildirib ki, bu cür hücumlar haqqında yoxlanılmış məlumatlar dərc edilməsə də cinayətkarların şəbəkəyə daxil olmaq üçün üçün daha bir "mövcudluq nöqtəsi" (point of presence) kimi ofis printerlərindən istifadə etdikləri güman olunur. Mövcudluq dedikdə cinayətkarların hücum edilən şəbəkədə olduğu müəyyən bir vaxt nəzərdə tutulur; bu vaxt dolayısı ilə oğurlanmış məlumatların həcmi ilə ölçülür.
 
Menecer bu cür hücumlardan qorunmaq üçün əsas alət kimi "Cisco’s Cyber Threat Defense" həllini göstərir.
 
"Cisco’s Cyber Threat Defense" həlli hücumlara qarşı yeni nəsil "FirePOWER NGIPS" sistemi və "Lancope SteathWatch" analitik sisteminin imkanlarını birləşdirməklə qorunan şəbəkələrdəki trafikə tam nəzarəti təmin edir. Bu həll qısa zamanda şübhəli verilənlər axınlarını, qovşaqların bloklama siyasətinin pozulmasını, zərərli proqram təminatının şəbəkədaxili hərəkətini, komanda-nəzarət mərkəzləri ilə əlaqələri və ziyanlı proqram təminatı ilə bağlı bir çox digər fəaliyyətləri aşkar edir və zərərləşdirir.


Bundan əlavə, hər iki idarəetmə sistemlərinin (FirePOWER Management və Lancope’s Stealthwatch Management Console) imkanları "Cisco Identity Services Engine" həlli ilə inteqrasiya olduqda nəinki dinamik bərpanı, həm də hücumara qarşı sürətli cavab hərəkətini də təmin edə bilər.
 
 
CAHANGİR
 
 



Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024