Tarix:16/10/15
Qeyd olunur ki, tranzaksiyaların 46 faizi kartlar üzrə ödənişlərin, 26 faizi kredit vəsait köçürmələrinin, 21 faizi birbaşa debetlərin payına düşüb.
Kartlar üzrə əməliyyatların sayı 8,8 faiz artaraq 47,5 milyard avro, onların ümumi həcmi 2,4 trilyon avro təşkil edib.
Aİ-də nağdsız ödənişlərin sayının artması ilə ödəniş funksiyalı kartların sayı (0,9 faiz - 766 milyon ədədədək) da çoxalıb. Avropa Mərkəzi Bankının məlumatına görə, Aİ-də adambaşına təxminən bir yarım ödəniş kartı düşür.
2014-cü ildə Aİ-də 42 pərakəndə ödəniş sistemi fəaliyyət göstərib və onlar vasitəsilə 38,3 trilyon avro məbləğində 50 milyard tranzaksiya həyata keçirilib. Ümumi saydan 23 sistem avro zonası ölkələrinin ərazisində fəaliyyət göstərir. Burada 27,2 trilyon avro (Aİ üçün ümumi məbləğin 71 faizi) məbləğində 37 milyard tranzaksiya (Aİ-də tranzaksiyaların ümumi sayının 74 faizi) emal olunub.
Aralarında Fransanın "CORE", Britaniyanın "STEP2" və "BACS", Almaniyanın "RPS" sistemlərinin olduğu iri ödəniş sistemləri tranzaksiyaların ümumi sayının və ümumim həcminin 66 faizini emal ediblər, - "Payspacemagazine" yazır.
Avropa İttifaqında nağdsız ödənişlərin və kartlar üzrə əməliyyatların sayı artır
Avropa İttifaqında (Aİ) nağdsız ödənişlərin sayı 2014-cü ildə 2,8 faiz artaraq 103,2 milyard dollara çatıb. Bu barədə Avropa Mərkəzi Bankının hesabatında deyilir.Qeyd olunur ki, tranzaksiyaların 46 faizi kartlar üzrə ödənişlərin, 26 faizi kredit vəsait köçürmələrinin, 21 faizi birbaşa debetlərin payına düşüb.
Kartlar üzrə əməliyyatların sayı 8,8 faiz artaraq 47,5 milyard avro, onların ümumi həcmi 2,4 trilyon avro təşkil edib.
Aİ-də nağdsız ödənişlərin sayının artması ilə ödəniş funksiyalı kartların sayı (0,9 faiz - 766 milyon ədədədək) da çoxalıb. Avropa Mərkəzi Bankının məlumatına görə, Aİ-də adambaşına təxminən bir yarım ödəniş kartı düşür.
2014-cü ildə Aİ-də 42 pərakəndə ödəniş sistemi fəaliyyət göstərib və onlar vasitəsilə 38,3 trilyon avro məbləğində 50 milyard tranzaksiya həyata keçirilib. Ümumi saydan 23 sistem avro zonası ölkələrinin ərazisində fəaliyyət göstərir. Burada 27,2 trilyon avro (Aİ üçün ümumi məbləğin 71 faizi) məbləğində 37 milyard tranzaksiya (Aİ-də tranzaksiyaların ümumi sayının 74 faizi) emal olunub.
Aralarında Fransanın "CORE", Britaniyanın "STEP2" və "BACS", Almaniyanın "RPS" sistemlərinin olduğu iri ödəniş sistemləri tranzaksiyaların ümumi sayının və ümumim həcminin 66 faizini emal ediblər, - "Payspacemagazine" yazır.
Baxış sayı: 472
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir