12px13px15px17px
Tarix:19/10/15

Parollar dövrünün sonuna az qalıb (FOTOLAR)

Elektron poçt qutusu və sosial şəbəkəyə daxil olmaq, həmçinin mobil bankda tranzaksiyaların təsdiqetməsi üçün istifadə etdiyimiz parol texnologiyası tədricən sıradan çıxır. Belə ki, barmaq izi və ya səsli avtorizasiya texnologiyaları parolları əvəzləyir. Ancaq şirkət və alimlər parollara daha orijinal və qeyri-adi alternativlər düşünməkdə davam edir.
 
 
 
Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, standart mətn parolları olduqca təhlükəsiz avtorizasiya üsuludur. Bununla əlaqədar olaraq entuziastlar başqa üsullar təklif edir və deyəsən, onların fantaziyası sonsuzdur.
 
 
«Yahoo!» şirkəti yeni avtorizasiya metodunun tətbiqi haqda məlumat verərək bildirib ki,  yeni üsul elektron poçta daxil olmaq üçün parollardan istifadəni unutmağa imkan verəcək.
 
 
Hesaba daxil olmaq istədikdə hesaba bağlanmış smartfona gələn «push» xəbərdarlıqda soruşulur ki, siz doğrudanmı hesaba daxil olmaq istəyirsiniz. Beləliklə, poçt sahibi icazəsiz giriş cəhdi halında dərhal bu barədə xəbərdar olacaq.
 
 
Smartfonda barmaq izi skanerinin tətbiqi nəticəsində parollardan imtina istiqamətində böyük addım atılmış olub. Bu texnologiyanın əvvəllər istifadə olunmasına baxmayaraq, məhz «Apple» şirkəti onu populyarlaşdırmağa və geniş tətbiq etməyə nail olub.


 
 



 




«Touch ID» funksiyasını nə qədər tənqid etsələr də, texnologiya yalnız smartfonun blokdan çıxarılması üçün deyil, həm də «App Store» internet mağazasında alış-veriş üçün aktiv istifadə olunur.
 
 
Gələcəkdə bəzi iri banklar autentifikasiya üsulu kimi daktiloskopik skanerə keçid imkanını nəzərdən keçirir. Bundan başqa, «Visa» daha da irəli gedib: şirkət gözün qüzehi qişası skanerinin prototipi üzərində işləyir.
 
 
Başqa biometrik məlumatlara gəlincə, alimlər eyniləşdirmə üçün beyin dalğalarından istifadəni təklif edirlər, belə ki, onlar, həmçinin hər bir insan üçün unikaldır.
 
 



 


Bu texnologiyanın digər texnologiyalardan əsas fərqi və üstünlüyü ondadır ki, beyin izləri asanlıqla dəyişikliklərə məruz qala bilər: istifadəçi sadəcə yeni təfəkkür kombinasiyası düşünür" - beyin eyniləşdirməsinin hazırlanması layihəsinin iştirakçılarından biri professor Sara Laszlo deyib.
 
 
 
Keçirilmiş sınağın nəticəsinə görə, bu texnologiyanın dəqiqliyi hələ ki yalnız 94 faiz təşkil edir.
 
 
Tədqiqatçıların fikrincə, hər bir insanın klaviaturada çap etməsi, həmçinin unikaldır.
 
 
Hindistan alimləri belə düşünürlər ki, hər bir insanın klaviaturada xüsusi yığım dəsti, həmçinin istifadəçiləri parolları yadda saxlamaq ehtiyacından xilas edə bilər.
 
 
Alqoritm çap sürətini, klavişə sıxmaların və sıxmalar arasındakı pauzanın müddətini hesablayır. Əldə olunmuş statistika müəyyən istifadəçinin unikal identifikatoru rolunda çıxış edir.
 
 
Mətn parollarına alternativ təklif edən entuziastlar, həmçinin müasir internetin trendlərinə diqqət yetirirlər.
 
 
«MasterCard» şirkəti “selfi”nin köməyi ilə eyniləşdirmə imkanını nəzərdən keçirməyi planlaşdırır.
 



 


Amma eyniləşdirmə üçün ən orijinal və qeyri-adi metodu «PayPal» təklif edib.
 
 
Şirkət ya çipi implantasiya etməyi, ya da sadəcə mikrokompüteri udmağı təklif edib.
 
 



 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Bu, parol problemini birdəfəlik həll edəcək.
 
 
Emil Hüseynov



Baxış sayı: 554

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024