12px13px15px17px
Tarix:10/06/11

Filippin kibercinayətlərə qarşı qanun təsdiq edib

Filippin qanunvericilik hakimiyyəti kibercinayətlərin təriflərini əks etdirən və cinayətkarları cəzalandıran qanunu təsdiq edib. İnformasiya və Rabitə Komitəsi tərəfindən təsdiq olunmuş bu qanun “Kibercinayətin qarşısının alınması haqqında qanun-2011” adlanır.
Bu qanun konfidensial məlumatı internet istifadəçilərdən qorumaq üçün hazırlanıb.  Komitənin sədri Sigfrido Tinganın sözlərinə görə, qanun qəbul olunsa, o, kompyuter sistemləri, məlumat saxlayan sistemləri və şəbəkələri qeyri-qanuni girişdən müdafiə edəcək və internet məkanında cinayət törədən şəxsləri cəzalandıracaq.
Qanun kibercinayətləri bir neçə kateqoriyaya bölür: kompyuter sistemlərində saxlanılan məlumatın məxfiliyinə qarşı cinayət, kompyuterə aid cinayətlər və internetdəki materiala aid cinayət. Məxfiliyə qarşı cinayət kompyuter sistemlərinə və şəbəkələrə qeyri-qanuni daxilolma və onlardan qanunsuz istifadə etmə sayılır. İnternet kontentlə bağlı cinayətlər kompyuterlə hazırlanan saxtalar, şəbəkədə parnoqrafik materialların yerləşdirilməsi, şəbəkədə qeyri-qanuni ticarət əməliyyatları keçirilməsi, böhtanın yayılması və şəbəkə vasitəsilə təhdidetmə sayılır. Yeni qanun İKT–nin ölkənin ictimai və iqtisadi inkişafında mühüm rol oynadığını bir daha təsdiq edir. Bu gün internet - oxumaq, əlaqə saxlamaq, rəhbərlik etmək və işləmək üçün zəruri vasitədir.
Elm və Texnologiya Komitəsinin sədri Edgardo Angaranın sözlərinə görə, internet əlaqələri, münasibətləri və biznes əməliyyatlarını zaman və coğrafi məhdudiyyətlərdən azad edib. Angara bildirib ki, internet məkanında baş verən çoxsaylı təhlükələrə cavab verə bilən qanun zəruridir.



Baxış sayı: 1309

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024