Tarix:26/10/15
Bir tərəfdən rəyi soruşulmuş istifadəçilərin əksəriyyəti əsas onlayn ödəniş təhdidləri haqda xəbərdardır. Məsələn, respondentlərin 87 faizi fişinq barədə kifayət qədər məlumata malikdir. Digər tərəfdən, daha bir geniş yayılmış fırıldaqçı sxem barədə məlumat hələ ki azdır. Söhbət vişinqdən («voice phising») - telefon fırıldaqçılığı vasitəsi ilə bank informasiyasının oğurlanmasından gedir. İstifadəçilərin 35 faizi vişinq haqda ümumiyyətlə məlumatsızdır, 26 faizi isə hesab edir ki, bu, mətn mesajlarından istifadəyə əsaslanan fırıldaq sxemdir.
«ICTnews.az» saytı «cnews.ru» saytına istinadən yazır ki, respondentlərin 23 faizi hesab edir ki, antivirus proqram təminatının quraşdırılması onları internet təhdidlərindən tamamilə qoruyur, 16 faizi isə düşünür ki, əgər onlar "kölgə interneti"nə daxil olmurlarsa, o zaman narahatlıq üçün əsas yoxdur.
Yalnız respondentlərin 5 faizi hesab edir ki, şifratorla virusa yoluxmuş şəxsi sənədlərə girişi geri qaytarmağın yeganə yolu fırıldaqçılara pul ödəməkdir.
Emil Hüseynov
İstifadəçilərin 35 faizi vişinq haqda məlumatsızdır
«Eset» antivirus şirkəti tərəfindən keçirilmiş beynəlxalq sorğu nəticəsində istifadəçilərin bank kibertəhdidləri sahəsində kompüter bilik səviyyəsi müəyyənləşdirilib.Bir tərəfdən rəyi soruşulmuş istifadəçilərin əksəriyyəti əsas onlayn ödəniş təhdidləri haqda xəbərdardır. Məsələn, respondentlərin 87 faizi fişinq barədə kifayət qədər məlumata malikdir. Digər tərəfdən, daha bir geniş yayılmış fırıldaqçı sxem barədə məlumat hələ ki azdır. Söhbət vişinqdən («voice phising») - telefon fırıldaqçılığı vasitəsi ilə bank informasiyasının oğurlanmasından gedir. İstifadəçilərin 35 faizi vişinq haqda ümumiyyətlə məlumatsızdır, 26 faizi isə hesab edir ki, bu, mətn mesajlarından istifadəyə əsaslanan fırıldaq sxemdir.
«ICTnews.az» saytı «cnews.ru» saytına istinadən yazır ki, respondentlərin 23 faizi hesab edir ki, antivirus proqram təminatının quraşdırılması onları internet təhdidlərindən tamamilə qoruyur, 16 faizi isə düşünür ki, əgər onlar "kölgə interneti"nə daxil olmurlarsa, o zaman narahatlıq üçün əsas yoxdur.
Yalnız respondentlərin 5 faizi hesab edir ki, şifratorla virusa yoluxmuş şəxsi sənədlərə girişi geri qaytarmağın yeganə yolu fırıldaqçılara pul ödəməkdir.
Emil Hüseynov
Baxış sayı: 546
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir