Tarix:27/10/15
Altıillik göstərici ilə müqayisədə təşkilatların haker hücumları nəticəsində pul itkiləri 82 faiz yüksəlib. Bu isə o deməkdir ki, hər il xərclər 20 faiz artıb.
Hazırda kiberhücumların nəticələrinin aradan qaldırılmasına təxminən 46 gün tələb olunur (altı ildə bu müddət təxminən 30 faiz artıb), hər insident üzrə xərclər isə 1,9 milyon dollara bərabərdir. 2009-cu ildə bu göstərici 1,5 milyon dollar olub.
Ekspertlər müəyyən ediblər ki, kiberhücumların aşkar edilməsinə və onların nəticələrinin aradan qaldırılmasına xərc çəkməmək üçün şirkətlər analitik informasiya təhlükəsizliyinin təmini texnologiyalarına aktiv investisiyalar yatırırlar. Bu taktika öz bəhrəsini verir: hücuma reaksiya vermək üçün xərclər azalır ki, bu da investisiyalardan mənfəəti xeyli artırmağa imkan verir.
Cinayətkarların hücumlarından və məlumatların oğurlanmasından mühafizə vasitələri kimi təşkilatlar adətən məlumatların şifrlənməsi texnologiyalarını (57 faiz), daxilolmanın idarəetmə vasitələrini (45 faiz), məlumatların oğurlanmasının qarşısının alınması (38 faiz) və siyasətin idarə olunması alətlərini (36 faiz) seçirlər.
Hesablamalara görə, işə təhlükəsizlik üzrə ixtisaslı mütəxəssislərin qəbulu şirkətlərə 2,1 milyon, informasiya təhlükəsizliyi şöbəsinə rəhbərin təyin edilməsi isə daha 2 milyon dollara qənaət etməyə imkan verir, - "DailyComm” yazır.
6 ildə şirkətlərin kiberhücumlardan zərəri 82 faiz artıb
ABŞ şirkətlərinin kiberhücumlardan ortaillik zərəri 15 milyon dollaradək artıb. Bu barədə “HP” və “Ponemon Institute” şirkətlərinin birgə tədqiqatında deyilir.Altıillik göstərici ilə müqayisədə təşkilatların haker hücumları nəticəsində pul itkiləri 82 faiz yüksəlib. Bu isə o deməkdir ki, hər il xərclər 20 faiz artıb.
Hazırda kiberhücumların nəticələrinin aradan qaldırılmasına təxminən 46 gün tələb olunur (altı ildə bu müddət təxminən 30 faiz artıb), hər insident üzrə xərclər isə 1,9 milyon dollara bərabərdir. 2009-cu ildə bu göstərici 1,5 milyon dollar olub.
Ekspertlər müəyyən ediblər ki, kiberhücumların aşkar edilməsinə və onların nəticələrinin aradan qaldırılmasına xərc çəkməmək üçün şirkətlər analitik informasiya təhlükəsizliyinin təmini texnologiyalarına aktiv investisiyalar yatırırlar. Bu taktika öz bəhrəsini verir: hücuma reaksiya vermək üçün xərclər azalır ki, bu da investisiyalardan mənfəəti xeyli artırmağa imkan verir.
Cinayətkarların hücumlarından və məlumatların oğurlanmasından mühafizə vasitələri kimi təşkilatlar adətən məlumatların şifrlənməsi texnologiyalarını (57 faiz), daxilolmanın idarəetmə vasitələrini (45 faiz), məlumatların oğurlanmasının qarşısının alınması (38 faiz) və siyasətin idarə olunması alətlərini (36 faiz) seçirlər.
Hesablamalara görə, işə təhlükəsizlik üzrə ixtisaslı mütəxəssislərin qəbulu şirkətlərə 2,1 milyon, informasiya təhlükəsizliyi şöbəsinə rəhbərin təyin edilməsi isə daha 2 milyon dollara qənaət etməyə imkan verir, - "DailyComm” yazır.
Baxış sayı: 528
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir