12px13px15px17px
Tarix:03/11/15

Böyük Britaniya «Apple»dan istifadəçi məlumatlarına giriş tələb edir

Məlumatların şifrlənməsi Britaniyanın xüsusi xidmət orqanları üçün əsas problemdir. Bildirilir ki, bu, sözügedən quruma kiberməkanın bir sıra sahələrinə giriş əldə etməyə imkan vermir.

Noyabrın 4-də Britaniya parlamentinin baxacağı qanun layihəsi qəbul olunduğu halda «Apple» korporasiyası «iPhone» və «iPad» qurğularının müdafiəsindən imtina etməli və cihazların satışına qadağa qoyulması təhlükəsi ilə əlaqədar istifadəçilərin məlumatlarına giriş açarlarını verməli olacaq.
 
 
«ICTnews.az» saytı «macdigger.ru» saytına istinadən yazır ki, Britaniya hökuməti şübhəli bilinən şəxslərin internet üzərindən izlənməsi zamanı xüsusi xidmət orqanlarının səlahiyyətlərinin genişləndirilməsinə nail olacaq. Bu haqda ölkənin Daxili İşlər Nazirliyinin direktoru Tereza Mey deyib.
 
 
"Şifrləmə insanların təhlükəsizliyi üçün vacibdir. Lakin biz  lazımi prosedur zamanı hakimiyyətə xüsusi imtiyazlardan istifadəyə imkan verən indiki mövqeyimizi dəstəkləyəcəyik. Belə imtiyazın verilməsi ilə bağlı çox ciddi sistem, həmçinin onların icrasına nəzarət sistemi işə salınmalıdır" - «BBC»-yə müsahibəsində Mey bunları deyib.
 
 
«Apple» şirkəti «iOS 8» platformasının çıxarılması ilə məlumatların şifrlənməsi sisteminə dəyişikliklər edir və nəticədə yalnız mobil qurğunun sahibi istifadəçinin informasiyasına giriş əldə edir. Bundan əvvəl şirkətdə hüquq-mühafizə orqanlarının sorğusu ilə cihaza müdaxiləyə imkan verən şifrləmə açarları saxlanılırdı, lakin «iOS 8» və yeni versiyalarda belə imkan yoxdur.
 
 
Emil Hüseynov
 
 



Baxış sayı: 572

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024