12px13px15px17px
Tarix:17/11/15

Qviana Kosmik Mərkəzində Parisdə terror aktlarından sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Fransa Kosmik Agentliyinin (CNES) strukturuna daxil olan Qviana Kosmik Mərkəzində Parisdə baş verən terror aktlarından sonra təhlükəsizlik tədbirləri gücləndirilib. Bu barədə Avropa Kosmik Agentliyinin (AKA) Rusiyadakı daimi nümayəndəliyinin rəhbəri Rene Pişel bildirib.

 
“Qviana Kosmik Mərkəzi ərazisində təhlükəsizlik Fransa ordusunun xüsusi bölmələri tərəfindən təmin edilir. Mənə məlum olduğuna görə, Parisdə son faciəvi hadisələrlə əlaqədar Fransa hökuməti tərəfindən bütün ölkədə, o cümlədən mərkəzin yerləşdiyi Fransız Qvianası ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı qərar qəbul edilib”, - R.Pişel qeyd edib.
 

O əlavə edib ki, hazırda Qviana Kosmik Mərkəzinin fəaliyyəti pozulmayıb və planlı rejimdə davam etdirilir.

 
“ELS РН” start kompleksində görülən yüksək təhlükəsizlik tədbirləri kosmik mərkəzin digər obyektləri üçün tətbiq edilən təhlükəsizlik səviyyəsinə uyğundur”, - nümayəndəlik rəhbəri vurğulayıb, - “TASS” yazır.



Baxış sayı: 491

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024