12px13px15px17px
Tarix:19/11/15

Britaniya yüksəkixtisaslı kiber dəstə yaradır

«Reuters» agentliyinin yaydığı məlumata əsasən, Böyük Britaniyanın xəzinədarlıq kansleri (maliyyə naziri) Corc Osborn bildirib ki, Britaniya «İslam Dövləti» hakerləri ilə mübarizə aparmaq üçün yüksəkixtisaslı kiber dəstə yaradır.
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, "İslam dövləti" Britaniyanın infrastrukturuna (xəstəxanalar, elektrik stansiyaları, hava nəzarət sistemləri) kiberhücumlar həyata keçirib. Bütün bunlar potensial olaraq ölümcül nəticələrə malik idi", - Corc Osborn bildirdi. Britaniyanın kiber dəstəsi Hökumət Rabitə Mərkəzi və Müdafiə Nazirliyi ilə birgə işləyəcək. Ayrı-ayrı hakerlər, kriminal və hərbi qruplaşmalar onların hədəfi olacaq.
 
"İslam Dövlətinin hakerləri bizim infrastrukturumuza müdaxilə edərək kiberhücumlar vasitəsi ilə insanları öldürmək gücündə deyillər - Osborn deyib. - Amma biz bilirik ki, onlar bunu istəyirlər və belə sistem yaratmaq üçün mümkün olan hər şeyi edirlər". O, həmçinin bildirib ki, 2020-ci ilə kibertəhlükəsizlik vasitələrinə 2,9 milyard dollar məbləğində vəsait ayrılacaq.
 
Emil Hüseynov



Baxış sayı: 556

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024