Tarix:10/12/15
Kredit kartlarından məlumatları oğurlamaq üçün nəzərdə tutulmuş qəliz konfiqurasiyaya malik zərərvericini “FireEye” şirkətinin mütəxəssisləri aşkarlayıb.
Mərkəzin yaydığı məlumata görə, “Nemesis” adını almış “malware” əməliyyat sisteminin (ƏS) kodu işə salınmamışdan öncə öz zərərverici kodunu işə salır və bu xüsusi imkanına görə ƏS-in yüklənməsində iştirak edən prosesləri nəzarət altında saxlayır. Ekspertlərin fikrincə, zərərvericini aşkar etmək çox çətindir və hətta əməliyyat sisteminin yenidən yazılması da tam silinməyə gətirib çıxarmır.
“FireEye”nin məlumatına əsasən, “Nemesis”in müəllifi FIN1 haker qruplaşmasıdır, onlar Rusiya və ya rusdilli ölkədə fəaliyyət göstərirlər. Bu haker qrupu əsasən kredit kartlarının və digər vacib maliyyə məlumatlarının oğurlanmasına istiqamətlənib.
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi bildirir ki, zərərverici sistemə yoluxandan sonra hakerlər daima “Nemesis”in funksionallığını yeniləyirlər. Məsələn, yenilənmələrin birində koderlər əsas yüklənmə qeydini (Volume Boot Record) yoluxduran xüsusi alət əlavə ediblər.
CAHANGİR
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi xəbərdarlıq edib
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi “Nemesis” adlandırılan yeni virusla bağlı xəbərdarlıq edib.Kredit kartlarından məlumatları oğurlamaq üçün nəzərdə tutulmuş qəliz konfiqurasiyaya malik zərərvericini “FireEye” şirkətinin mütəxəssisləri aşkarlayıb.
Mərkəzin yaydığı məlumata görə, “Nemesis” adını almış “malware” əməliyyat sisteminin (ƏS) kodu işə salınmamışdan öncə öz zərərverici kodunu işə salır və bu xüsusi imkanına görə ƏS-in yüklənməsində iştirak edən prosesləri nəzarət altında saxlayır. Ekspertlərin fikrincə, zərərvericini aşkar etmək çox çətindir və hətta əməliyyat sisteminin yenidən yazılması da tam silinməyə gətirib çıxarmır.
“FireEye”nin məlumatına əsasən, “Nemesis”in müəllifi FIN1 haker qruplaşmasıdır, onlar Rusiya və ya rusdilli ölkədə fəaliyyət göstərirlər. Bu haker qrupu əsasən kredit kartlarının və digər vacib maliyyə məlumatlarının oğurlanmasına istiqamətlənib.
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi bildirir ki, zərərverici sistemə yoluxandan sonra hakerlər daima “Nemesis”in funksionallığını yeniləyirlər. Məsələn, yenilənmələrin birində koderlər əsas yüklənmə qeydini (Volume Boot Record) yoluxduran xüsusi alət əlavə ediblər.
CAHANGİR
Baxış sayı: 1065
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir