12px13px15px17px
Tarix:11/12/15

Avropa Birliyi fərdi məlumatlar haqda direktiv qəbul edib

5 il davam edən müzakirədən sonra Avropa Birliyinin Daxili İşlər üzrə Şurası 6 ay müddətində hava sərnişinlərinin («PNR») fərdi məlumatlarının toplanılması və saxlanılması haqda direktiv qəbul edib.
 
 
«ICTnews» elektron xəbər xidməti «euromag.ru» resursuna istinadən yazır ki, Avropa «PNR» bazasının yaradılması haqqında məsələ ilk dəfə 2011-ci ildə müzakirəyə çıxarılıb, amma 2013-cü ildə Avropa Parlamenti danışıqları dayandırıb. Çünki belə informasiyanın əlçatanlığı vətəndaşların şəxsi həyat hüququna ziddir. Lakin 2015-ci ilin noyabrında Parisdə baş vermiş terror aktından sonra bu məsələ yenidən gündəmə gəlib.
 
 
Nəticədə Avropa Birliyinin üzvü olan 28 ölkə yeni direktivi imzalayıb.
 
 
«PNR» sərnişinin ad və  soyadını, reysin nömrəsini, tarixini, enmə yeri və  bank kartının nömrəsi üzrə məlumatları özündə ehtiva edir.
 
 
Əvvəllər belə baza müxtəlif ölkələrdə mövcud idi, amma bu informasiya ilə mübadilə qanunla qadağan idi.
 
 "Terrorçular Avropada daxili reyslərdən istifadə edir. Biz  terror təhlükələrinin qarşısını almaq üçün Avropa Birliyinin daxilində insanların hərəkətini  izləməliyik" – deyə fransalı nümayəndələr bildirib.
 
 
Emil Hüseynov



Baxış sayı: 537

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024