12px13px15px17px
Tarix:08/01/16

Niderland hökuməti xüsusi xidmət orqanlarının şifrlənmiş məlumatlara müdaxiləsinə imkan verməyəcək

Niderland hökumətinin rəsmisi bildirib ki, informasiya texnologiyaları (İT) sektorunda fəaliyyət göstərən şirkətlər şifrlənmiş məlumatları xüsusi xidmət orqanları ilə bölüşməyə məcbur deyillər.
 
Niderland hökumətinin bu addımı ABŞ və Böyük Britaniyanın mövqeyinə ziddir. Belə ki, ABŞ və Böyük Britaniya hakimiyyəti iddia edir ki, terrorizmlə mübarizə aparmaq üçün hüquq-mühafizə orqanlarının bu məlumatlara çıxışı vacibdir.
 
"ICTnews" elektron xəbər xidməti "bbc.com" resursuna istinadən yazır ki, Niderland ötən ilin noyabrında Parisdə baş vermiş terror hadisəsindən sonra İT sektorundakı siyasətinə yenidən baxıb.
 
Şifrləmə tərəfdarlarının iddiasına əsasən, bu addım istifadəçiləri onların şəxsi yazışmalarına müdaxilə etmək istəyən kibercinayətkarlardan qoruyur.
 
Emil Hüseynov
 



Baxış sayı: 1088

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024