Tarix:16/02/16
Adı çəkilən şirkət öz müştərilərini "ağıllı" televizor qarşısında şəxsi işləri barədə müzakirədən imtinaya çağırıb. Bu xəbərdarlıq məsafədən idarəetmə pultunun köməyi ilə deyil, səslə "Samsung Smart TV"-yə komandalar verən istifadəçilərə şamil olunur.
"ICTnews" Elektron Xəbər Xidməti "securitylab.ru" saytına istinadən yazır ki, məlumatdan istifadə qaydalarında yazılır ki, qurğu veriləcək komandanın müəyyənləşdirilməsi məqsədilə otaqda olan insanları dinləyir.
Gizlicə dinləyən televizorlar haqda xəbər internetdə yayıldıqdan sonra "Samsung" şirkəti səsli idarəetmədən istifadə qaydalarını izah edən bəyanat dərc edib. Şirkət rəsmilərinin sözlərinə görə, qaydalar istifadəçilərə "Smart TV" funksiyaları haqda tam informasiya çatdıran "şəffaflıq siyasəti" çərçivəsində dərc edilib.
Qaydalara görə, müştəri danışıq komandaları funksiyasını aktivləşdirmək istəyirsə, bilməlidir ki, bəzi səsli komandalar üçüncü tərəfə (hazırda "Nuance Communications" şirkəti) göndərilə bilər. Toplanmış informasiya yadda saxlanılmır və satılmır.
Emil Hüseynov
“Ağıllı” televizorlar öz sahiblərini izləyir
Cənubi Koreyanın "Samsung" şirkətinin istehsalı olan "ağıllı" televizorlar danışığı dinləyərək öz sahiblərini izləyə, məlumatları üçüncü tərəfə göndərə bilər.Adı çəkilən şirkət öz müştərilərini "ağıllı" televizor qarşısında şəxsi işləri barədə müzakirədən imtinaya çağırıb. Bu xəbərdarlıq məsafədən idarəetmə pultunun köməyi ilə deyil, səslə "Samsung Smart TV"-yə komandalar verən istifadəçilərə şamil olunur.
"ICTnews" Elektron Xəbər Xidməti "securitylab.ru" saytına istinadən yazır ki, məlumatdan istifadə qaydalarında yazılır ki, qurğu veriləcək komandanın müəyyənləşdirilməsi məqsədilə otaqda olan insanları dinləyir.
Gizlicə dinləyən televizorlar haqda xəbər internetdə yayıldıqdan sonra "Samsung" şirkəti səsli idarəetmədən istifadə qaydalarını izah edən bəyanat dərc edib. Şirkət rəsmilərinin sözlərinə görə, qaydalar istifadəçilərə "Smart TV" funksiyaları haqda tam informasiya çatdıran "şəffaflıq siyasəti" çərçivəsində dərc edilib.
Qaydalara görə, müştəri danışıq komandaları funksiyasını aktivləşdirmək istəyirsə, bilməlidir ki, bəzi səsli komandalar üçüncü tərəfə (hazırda "Nuance Communications" şirkəti) göndərilə bilər. Toplanmış informasiya yadda saxlanılmır və satılmır.
Emil Hüseynov
Baxış sayı: 565
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir