12px13px15px17px
Tarix:20/09/11

"Qeyri-qanuni fayl mübadiləsi" Amerika aspirantına 675 min dollara başa gələcək

ABŞ Apelyasiya Məhkəməsi Amerika assosiasiyası səsyazma şirkətlərinin (RİAA) Boston Universitetinin aspirantı Coel Tenenbauma qarşı olan iddiası ilə bağlı ilkin qərarını qüvvədə saxlayıb.

2009-cu ildə cənab Tenenbaum hüquqları aparıcı səsyazma şirkətlərinə aid olan 30 musiqi kompozisiyasını internetdə qeyri-qanuni yerləşdirməkdə günahkar hesab edilib.

Cərimə məbləği 675 min dollar təşkil edib, yəni hər kompozisiya üçün 22500 dollar. Əlbəttə ki, qərara şikayət edilib; xoşbəxtlikdən bu dəfə piratın 10 dəfə aşağı məbləğdə (67,5 min) cərimə ödəməsi qərarı çıxarılır.

Bundan sonra hər iki münaqişə edən tərəf yenidən apelyasiyaya şikayət veriblər. Nəticədə Apelyasiya Məhkəməsi ilkin məbləği bərpa edib səsyazma sənayesinin tərəfini saxlayıb: cavabdeh müəllif hüquqlarını pozduğu üçün 675 min dollar ödəməli olacaq.

Maraqlıdır ki, 28 yaşlı Coel Tenenbaum 3500 dollar ödəməklə hələ RİAA ilə aralarındakı fikir ayrılıqlarını 2003-cü ildə nizama sala bilərdi.

Lakin o zaman bu məbləğ aspiranta həddən artıq görünüb və o, bundan imtina edib. Ehtimal ki, cənab Tenenbaumun vəkilləri yenidən çıxardılmış qətnaməyə etiraz edəcəklər.



Baxış sayı: 1187

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024