Tarix:11/04/16
ETM istifadəçilərə naməlum şəxslərdən gələn keçidləri klikləməməyi, sosial şəbəkədə dövlət orqanlarına, ictimai-siyasi xadimlərə məxsus səhifələrin həqiqiliyinə əmin olmağı tövsiyə edir. Həmçinin, istifadəçilərə saxta hesab etdikləri hesablarla bağlı sosial şəbəkə inzibatçılarına məlumat vermək məsləhət görülür.
Bununla yanaşı, veb sayt rəhbərlərinin və ya idarəedicilərinin veb saytlarda təhlükəsizlik tədbirlərini həyata keçirmələri, boşluqları aradan qaldırmaları tövsiyə olunur.
Mərkəzin tövsiyələrinə səbəb son günlərdə sosial şəbəkələrdə yaranan aktivliyin saxta hesabların yaradılması və spam mesajlar vasitəsilə ziyanverici proqramların yayılmasına gətirib çıxarması olub.
Qeyd edək ki, saxta hesablardan ünvanlanan keçidləri kliklədikdə qurğuların əməliyyat sistemlərinə daxil olan ziyanverici proqramlar istifadəçilərin adından saxta hesabların yaradılması, əxlaqa zidd paylaşımlar edilməsi, istifadəçinin dostlarının kompüterini yoluxdurmaq məqsədi ilə onlara spam mesajlar göndərilməsi və digər bu kimi hallara yol aça bilər.
CAHANGİR
Elektron Təhlükəsizlik Mərkəzi sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırır
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) sosial şəbəkə istifadəçilərinə veb təhlükəsizliklərini təmin etmənin yollarını açıqlayıb.ETM istifadəçilərə naməlum şəxslərdən gələn keçidləri klikləməməyi, sosial şəbəkədə dövlət orqanlarına, ictimai-siyasi xadimlərə məxsus səhifələrin həqiqiliyinə əmin olmağı tövsiyə edir. Həmçinin, istifadəçilərə saxta hesab etdikləri hesablarla bağlı sosial şəbəkə inzibatçılarına məlumat vermək məsləhət görülür.
Bununla yanaşı, veb sayt rəhbərlərinin və ya idarəedicilərinin veb saytlarda təhlükəsizlik tədbirlərini həyata keçirmələri, boşluqları aradan qaldırmaları tövsiyə olunur.
Mərkəzin tövsiyələrinə səbəb son günlərdə sosial şəbəkələrdə yaranan aktivliyin saxta hesabların yaradılması və spam mesajlar vasitəsilə ziyanverici proqramların yayılmasına gətirib çıxarması olub.
Qeyd edək ki, saxta hesablardan ünvanlanan keçidləri kliklədikdə qurğuların əməliyyat sistemlərinə daxil olan ziyanverici proqramlar istifadəçilərin adından saxta hesabların yaradılması, əxlaqa zidd paylaşımlar edilməsi, istifadəçinin dostlarının kompüterini yoluxdurmaq məqsədi ilə onlara spam mesajlar göndərilməsi və digər bu kimi hallara yol aça bilər.
CAHANGİR
Baxış sayı: 593
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir