12px13px15px17px
Tarix:21/09/11

Türk hakerlər Qarabağa görə Ermənistan saytlarını hədəf alıb

İsrail saytlarını “qırmaq” istəyən türk hakerləri səhvən Fələstin saytlarını “qırıblar”. 70 veb-səhifədə israillilərə müraciətlər yerləşdirilib.

Türk hakerləri bir neçə İsrail saytına hücum ediblər, lakin nəticədə məlum olub ki, həmin saytlar fələstinlilərə aiddir.

Belə ki, Fələstin Muxtariyyətinə aid olan “.ps domen” saytları İsrail serverlərində yerləşdirildiyindən belə səhv baş verib. Lakin hakerlər bunu çox gec biliblər.

“Qırılmış” saytlarda yerləşdirilmiş şəkillərdə İsrail əsgərinin Amerika bayrağının rənglərinə boyanmış kran altında qanlı əllərini yumağı təsvir edilib. Şəkil altında verilən mətndə saytın bloklanması səbəbi qeyd olunub.

Belə ki, 2010-cu ilin may ayında Fələstinə humanitar yardıma gedən bir neçə gəmi onun sahillərinə buraxılmayıb və İsrail xüsusi qoşunu tərəfindən edilən hücum nəticəsində isə humanitar aksiyanın 50-dən çox iştirakçısı zərər çəkib, həmçinin Türkiyənin 9 vətəndaşı həlak olub.

"Sən üzr istəyəcəksən, Netanhaxu” – hakerlərin İsrail baş nazirinə müraciətində qeyd olunub, - “Sən üzr istəyəcəksən, İsrail".

Türkiyə və İsrailin münasibətləri gərgin qalmağa davam edir: 2011-ci ilin yazında Türkiyə İsrailə NATO-da nümayəndəliyini açmağa mane olub, həmçinin ABŞ-ın vasitəçiliyi ilə barışıq haqqında təklifi rədd edib.

Hakerlər İsraildən başqa, Yunanıstan və Ermənistana da müraciət ediblər. Türkiyə Yunanıstanla Kipr adasına görə, Ermənistanla isə Dağlıq Qarabağa görə münaqişə edir: Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ ilə bağlı ərazi mübahisəsində Türkiyə Azərbaycanın tərəfində çıxış edir.



Baxış sayı: 1473

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024