12px13px15px17px
Tarix:13/04/16

“Symantec” internetdə təhdidlər üzrə illik hesabatını təqdim edib

2015-ci ildə sıfır gün boşluğu (“zero day”) orta hesabla həftədə bir dəfə qeydə alınıb. Sıfır gün boşluğu aradan qaldırılmayan boşluqlar, həmçinin qoruyucu mexanizmləri olmayan təhlükəli proqramları ifadə edən termindir.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, “Symantec” şirkəti tərəfindən dərc edilmiş “İnternetdə təhdidlər” haqda hesabata əsasən, 2015-ci ildə hakerlər tərəfindən istifadə edilən boşluqların sayı 2 dəfə artıb.

2015-ci ildə mütəxəssislər 430 milyondan çox unikal təhlükəli proqram  nümunəsi aşkar ediblər. 2014-cü illə müqayisədə sıfır günü boşluğunun sayı (54) 125% artıb. Beləliklə, istifadəçilərə qarşı hücumlar zamanı istifadə edilən eksploit orta hesabla həftədə 1 dəfə qeydə alınıb.

Boşluqların əksəriyyəti “Internet Explorer” və “Adobe Flash Player” proqram təminatlarında aşkarlanıb. 5 ən geniş yayılmış sıfır günü boşluğundan 4-ü məhz “Flash Player” proqram təminatının payına düşür. Bu boşluqlar müxtəlif eksploitlər dəstinə daxil edilərək zərərli proqram təminatının yayılmasında istifadə olunub.

Emil Hüseynov




Baxış sayı: 570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024