Tarix:26/04/16
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, şirkətin əməkdaşı Endrü Brandt bu təhlükəni aşkar edib. Onun sözlərinə görə, virusa yoluxmuş cihaza qurulmuş “Cyber.Police” troyanı özündə saxlayan zərərli proqram qurğunun ekranını bloklayır.
“Cyber.Police” troyanı smartfona qurulduqdan sonra cihaz sahibindən hər birinin dəyəri 100 dollar olan 2 ədəd “Apple iTunes” hədiyyə kartı satın almağı tələb edir. Belə ödəniş üsulu seçmiş haker öz bank hesabının rekvizitlərini gizli saxlamış olur.
Brandt əlavə edib ki, zərərli mobil proqram istifadəçidən xəbərsiz şəkildə özü müstəqil sistemə qurulur. Bu virusdan xilas olmaq üçün smartfonda standart sazlama funksiyasını işə salmaq lazımdır. Bu halda virusa yoluxmuş cihazdakı məlumatları kompüterə təhlükəsiz şəkildə köçürmək olar.
Emil Hüseynov
“Android” istifadəçiləri yeni virus təhlükəsi ilə üzləşiblər
“Android” mobil əməliyyat sisteminin köhnə versiyalarından (4.0.3-dən 4.4.4-dək) istifadə edən smartfon istifadəçiləri qurğunun ekranını blok edən və blokdan çıxarma üçün cihaz sahibindən pul tələb edən virus təhlükəsi ilə üzləşiblər. Bu haqda ABŞ-ın “The Blue Coat Labs” şirkətinin rəsmi bloqunda yazılıb.“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, şirkətin əməkdaşı Endrü Brandt bu təhlükəni aşkar edib. Onun sözlərinə görə, virusa yoluxmuş cihaza qurulmuş “Cyber.Police” troyanı özündə saxlayan zərərli proqram qurğunun ekranını bloklayır.
“Cyber.Police” troyanı smartfona qurulduqdan sonra cihaz sahibindən hər birinin dəyəri 100 dollar olan 2 ədəd “Apple iTunes” hədiyyə kartı satın almağı tələb edir. Belə ödəniş üsulu seçmiş haker öz bank hesabının rekvizitlərini gizli saxlamış olur.
Brandt əlavə edib ki, zərərli mobil proqram istifadəçidən xəbərsiz şəkildə özü müstəqil sistemə qurulur. Bu virusdan xilas olmaq üçün smartfonda standart sazlama funksiyasını işə salmaq lazımdır. Bu halda virusa yoluxmuş cihazdakı məlumatları kompüterə təhlükəsiz şəkildə köçürmək olar.
Emil Hüseynov
Baxış sayı: 609
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir