Tarix:03/05/16
Mövcud problemlərin aktuallığını nəzərə alaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərini sosial şəbəkələrdə təhlükəsizlik qaydaları ilə tanış edir.
· "Facebook"un şərt və qaydaları ilə tanış olun: "Facebook" sosial şəbəkəsində qeydiyyatdan keçməzdən əvvəl "Facebook"un hazırladığı şərt və qaydalarla tanış olmağınız zəruridir.
· Mühafizə parametrlərini yoxlayın: İlk növbədə, istifadə etdiyiniz hesabınızın gizlilik və təhlükəsizlik parametrlərini yoxlayın.
· Fərdi məlumatlarınızı qoruyun: Fərdi məlumatlarınızı yerləşdirərkən ehtiyatlı olun. Yalnız müəyyən şəxslərə fərdi məlumatlarınızı görməyə icazə verin.
· Blok edin: Əgər kimsə "Facebook"da sizin şərəf və ləyaqətinizi alçaldacaq sözlər yazarsa, sizi təhdid və ya təhqir edərsə, ilk olaraq həmin şəxs barədə "Facebook" sosial şəbəkəsinin mövcud bölməsindən həmin hesabı blok edin.
· Kompüterinizin müdafiəsini gücləndirin: Təhlükəsizlik qaydalarına riayət etməyə siz öz kompüterinizi yoxlamaqdan başlamalısınız. Çünki kompüterinizdə ziyanverici proqramlar mövcud olduğu halda asanlıqla sizin e-poçt və sosial şəbəkə hesablarınızın şifrləri oğurlana bilər.
· Sizə gələn mesajlarla diqqətli olun: Bəzən "Facebook"da elə mesajlar qəbul edirik ki, bunlar bizi hər hansısa keçidə klikləməyə və ya proqramı yükləməyə dəvət edir. Əgər "Gələnlər qutusu" bölməsinə bu cür mesajlar daxil olmuşdursa, həmin mesajdakı linklərə əsla keçid etməyin və onu spam kimi işarələyin. Reklamlardakı linklər çox vaxt məqsədli olaraq sizin hesabınızı oğurlamaq və ya kompüterinizi korlamaq məqsədilə göndərilmiş ola bilər.
· Mürəkkəb şifrlərdən istifadə edin: Sadə şifrlərdən istifadədən çəkinin (məsələn, 123456 və öz adınız və s.). Şifriniz ən azı 8 simvoldan ibarət olmalıdır. Şifrdə böyük və kiçik hərflər, rəqəmlər, simvollar (məsələn, +, @, #, $ və s.) istifadə olunmalıdır.
· Tanımadığınız şəxslərin dostluq təklifini qəbul etməyin: Bəzi şəxslər sizin fərdi məlumatlarınızı, şəkillərinizi ələ keçirmək məqsədilə sizə naməlum hesabdan dostluq göndərə bilər. Bu səbəbdən tanımadığınız şəxslərin dostluq təklifini qəbul etməyin.
“Facebook” profilinin təhlükəsizliyini necə qorumaq olar?
"Facebook" profillərinin sındırılması və oğurlanması, eyni zamanda müəyyən şəxslərin adına açılan saxta hesablarda həmin şəxsin şərəf və ləyaqətini alçaldan şəkillərin paylaşılması, şəxsə qarşı nalayiq ifadələrin işlədilməsi və s. sosial şəbəkə istifadəçilərinin tez-tez qarşılaşdıqları əsas problemlərdəndir. Təcrübə göstərir ki, əksər hallarda bu kimi problemlər istifadəçilərin sosial şəbəkələrdən istifadə ilə bağlı məlumatsızlığından, müəyyən qaydalara riayət etməməsindən qaynaqlanır.Mövcud problemlərin aktuallığını nəzərə alaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərini sosial şəbəkələrdə təhlükəsizlik qaydaları ilə tanış edir.
· "Facebook"un şərt və qaydaları ilə tanış olun: "Facebook" sosial şəbəkəsində qeydiyyatdan keçməzdən əvvəl "Facebook"un hazırladığı şərt və qaydalarla tanış olmağınız zəruridir.
· Mühafizə parametrlərini yoxlayın: İlk növbədə, istifadə etdiyiniz hesabınızın gizlilik və təhlükəsizlik parametrlərini yoxlayın.
· Fərdi məlumatlarınızı qoruyun: Fərdi məlumatlarınızı yerləşdirərkən ehtiyatlı olun. Yalnız müəyyən şəxslərə fərdi məlumatlarınızı görməyə icazə verin.
· Blok edin: Əgər kimsə "Facebook"da sizin şərəf və ləyaqətinizi alçaldacaq sözlər yazarsa, sizi təhdid və ya təhqir edərsə, ilk olaraq həmin şəxs barədə "Facebook" sosial şəbəkəsinin mövcud bölməsindən həmin hesabı blok edin.
· Kompüterinizin müdafiəsini gücləndirin: Təhlükəsizlik qaydalarına riayət etməyə siz öz kompüterinizi yoxlamaqdan başlamalısınız. Çünki kompüterinizdə ziyanverici proqramlar mövcud olduğu halda asanlıqla sizin e-poçt və sosial şəbəkə hesablarınızın şifrləri oğurlana bilər.
· Sizə gələn mesajlarla diqqətli olun: Bəzən "Facebook"da elə mesajlar qəbul edirik ki, bunlar bizi hər hansısa keçidə klikləməyə və ya proqramı yükləməyə dəvət edir. Əgər "Gələnlər qutusu" bölməsinə bu cür mesajlar daxil olmuşdursa, həmin mesajdakı linklərə əsla keçid etməyin və onu spam kimi işarələyin. Reklamlardakı linklər çox vaxt məqsədli olaraq sizin hesabınızı oğurlamaq və ya kompüterinizi korlamaq məqsədilə göndərilmiş ola bilər.
· Mürəkkəb şifrlərdən istifadə edin: Sadə şifrlərdən istifadədən çəkinin (məsələn, 123456 və öz adınız və s.). Şifriniz ən azı 8 simvoldan ibarət olmalıdır. Şifrdə böyük və kiçik hərflər, rəqəmlər, simvollar (məsələn, +, @, #, $ və s.) istifadə olunmalıdır.
· Tanımadığınız şəxslərin dostluq təklifini qəbul etməyin: Bəzi şəxslər sizin fərdi məlumatlarınızı, şəkillərinizi ələ keçirmək məqsədilə sizə naməlum hesabdan dostluq göndərə bilər. Bu səbəbdən tanımadığınız şəxslərin dostluq təklifini qəbul etməyin.
Baxış sayı: 803
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir