12px13px15px17px
Tarix:21/09/11

Yeni “Android-troyan” SMS və zənglər haqqında informasiyanı oğurlayır

“Trend Micro” şirkətinin mütəxəssisləri “Android” əməliyyat sistemi ilə işləyən qurğuları yoluxduran yeni zərərverici proqramın meydana çıxması haqqında xəbərdarlıq edirlər.

Aşkar edilmiş troyan “Androidos_Dordrae.N” adını daşıyır; bu, onminlərlə smartfonu yoluxdurmuş “DroidDreamLight” proqramının təkmilləşdirilmiş versiyasıdır.

“Androidos_Dordrae.N” troyanı ulu babası kimi hər hansı utilit və ya proqram bəhanəsi ilə smartfona daxil olur. Troyan aktivləşdikdən sonra kibercinayətkarlar tərəfindən göstərilmiş ünvana smartfonun modeli, sazlaması və quraşdırılmış proqram təminatı, İMEİ nömrəsi və bəzi digər məlumatları göndərilir.

Bundan başqa, “Androidos_Dordrae.N” troyanının funksionalı sayəsində kibercinayətkarlar qurbanın SMS-ləri, telefon zəngləri, loq faylları, əlaqələrinin siyahısı və qeydiyyatdan keçmiş “Google” hesabları haqqında məlumat əldə edirlər.

Həmçinin, müəyyən şərtlərdə fırıldaqçılar nəzəri olaraq smartfona lazımi proqram quraşdıra bilərlər.



Baxış sayı: 1062

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024