Tarix:26/05/16
“LinkedIn” istifadəçilərinin hesabına müdaxilədən sonra “Microsoft” şirkəti çox sadə parolları bloklamaq qərarına gəlib. İndi “Windows 10” əməliyyat sistemi üçün “Azure Active Directory” xidmətinin milyonlarla istifadəçisi “LinkedIn” şəbəkəsinin müdaxilə olunmuş məlumatlarında tez-tez xatırlanan parollardan istifadə edə bilməzlər. Yeni funksiya artıq “Microsoft Account Service” xidmətində və “Azure Active Directory” xidmətinin qeyri-rəsmi versiyasında aktivləşdirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən xəbər verir ki, ötən həftə “Peace of Mind” ləqəbli haker “LinkedIn” istifadəçilərinin 117 milyon ünvan və paroldan ibarət məlumat bazasını satışa çıxarıb. “LinkedIn” şirkətindəki mənbələrə istinadən “The Register” nəşri yazıb ki, sosial şəbəkə hakerlər tərəfindən müdaxilə olunmuş hesabların parollarını sıfırlayacaq. Həmçinin “LinkedIn” istifadəçiləri ikimərhələli autentifikasiyadan istifadə etməyə çağırır.
“Kore Logic” şirkəti tərəfindən məlumat itkisi nəticəsində zərərçəkmiş istifadəçilərin parollarının təhlilinə əsasən, əksər istifadəçilər hesaba giriş üçün asan tapılan parollardan istifadə edirlər. Məsələn, "123456" parolu milyon dəfədən çox istifadə olunub, "linkedIn" ən geniş yayılmış hərfi parol olub. Tez-tez istifadə edilən parol aşağıdakılardır:
1. 123456
2. linkedin
3. password
4. 123456789
5. 12345678
Emil Hüseynov
“Microsoft” şirkəti sadə parollardan istifadəni qadağan edib
“Microsoft” şirkəti təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib, çünki istifadəçilər təhlükəsiz parol yarada bilmirlər.“LinkedIn” istifadəçilərinin hesabına müdaxilədən sonra “Microsoft” şirkəti çox sadə parolları bloklamaq qərarına gəlib. İndi “Windows 10” əməliyyat sistemi üçün “Azure Active Directory” xidmətinin milyonlarla istifadəçisi “LinkedIn” şəbəkəsinin müdaxilə olunmuş məlumatlarında tez-tez xatırlanan parollardan istifadə edə bilməzlər. Yeni funksiya artıq “Microsoft Account Service” xidmətində və “Azure Active Directory” xidmətinin qeyri-rəsmi versiyasında aktivləşdirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən xəbər verir ki, ötən həftə “Peace of Mind” ləqəbli haker “LinkedIn” istifadəçilərinin 117 milyon ünvan və paroldan ibarət məlumat bazasını satışa çıxarıb. “LinkedIn” şirkətindəki mənbələrə istinadən “The Register” nəşri yazıb ki, sosial şəbəkə hakerlər tərəfindən müdaxilə olunmuş hesabların parollarını sıfırlayacaq. Həmçinin “LinkedIn” istifadəçiləri ikimərhələli autentifikasiyadan istifadə etməyə çağırır.
“Kore Logic” şirkəti tərəfindən məlumat itkisi nəticəsində zərərçəkmiş istifadəçilərin parollarının təhlilinə əsasən, əksər istifadəçilər hesaba giriş üçün asan tapılan parollardan istifadə edirlər. Məsələn, "123456" parolu milyon dəfədən çox istifadə olunub, "linkedIn" ən geniş yayılmış hərfi parol olub. Tez-tez istifadə edilən parol aşağıdakılardır:
1. 123456
2. linkedin
3. password
4. 123456789
5. 12345678
Emil Hüseynov
Baxış sayı: 797
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir