Tarix:27/05/16
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, mütəxəssislər qeyd edirlər ki, “Əşyalar interneti” sahəsinin inkişafı müəssisələrə sənaye sistemlərinin istismar xidmətinin xərclərini azaltmağa və keyfiyyətini yaxşılaşdırmağa imkan verib, lakin eyni zamanda kibercinayətkarlara məlumatları ələ keçirmək üçün çoxlu imkanlar yaradıb. “Stuxnet” virusu aşkar olunduqdan sonra “SCADA” sistemlərində kiberhücumlar üçün boşluqlar təhlükəsizlik tədqiqatçıları ilə yanaşı, hakerlər üçün maraq doğurmağa başlayıb.
“IBM X-Force” hesabatına əsasən, sənaye sistemlərində aşkar olunan problemlərin əsas hissəsini “Buffer Overflow” boşluqları təşkil edir. Onlardan istifadə xidmətdə imtinaya və ya kodun uzaq məsafədən daxil edilməsinə imkan verər ki, bunun da nəticəsində hücumu həyata keçirən şəxs əsas infrastruktur üzərində nəzarəti tam ələ keçirə bilər.
Bildirilir ki, cinayətkarlar sənaye sistemlərinə müdaxilə üçün müxtəlif üsullardan istifadə edirlər. 2015-ci ilin avqustuna olan məlumata görə, sənaye sistemlərinə hücumlar üçün əsas mənbələr ABŞ (70 faiz), Böyük Britaniya və İtaliya (müvafiq olaraq hərəyə 10 faiz), Kanada, Yaponiya və Niderland (müvafiq olaraq hərəyə 5 faiz) olub.
Cinayətkarları əsasən Kanada (23 faiz), ABŞ (17 faiz), Macarıstan və İsraildə (müvafiq olaraq hərəyə 14 faiz) yerləşən “SCADA” sistemləri maraqlandırıb.
Nizam Nuriyev
İki ildə sənaye sistemlərinə kiberhücumların sayı 636 faiz artıb
“IBM X-Force” şirkəti sənaye sistemlərinə (SCADA) kiberhücumların tədqiqinə həsr edilən informasiya təhlükəsizliyi üzrə illik hesabatını təqdim edib. Hesabata görə, iki il ərzində “SCADA” sistemlərinə kiberhücumların sayı 6 dəfə (636 faiz) artıb.“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, mütəxəssislər qeyd edirlər ki, “Əşyalar interneti” sahəsinin inkişafı müəssisələrə sənaye sistemlərinin istismar xidmətinin xərclərini azaltmağa və keyfiyyətini yaxşılaşdırmağa imkan verib, lakin eyni zamanda kibercinayətkarlara məlumatları ələ keçirmək üçün çoxlu imkanlar yaradıb. “Stuxnet” virusu aşkar olunduqdan sonra “SCADA” sistemlərində kiberhücumlar üçün boşluqlar təhlükəsizlik tədqiqatçıları ilə yanaşı, hakerlər üçün maraq doğurmağa başlayıb.
“IBM X-Force” hesabatına əsasən, sənaye sistemlərində aşkar olunan problemlərin əsas hissəsini “Buffer Overflow” boşluqları təşkil edir. Onlardan istifadə xidmətdə imtinaya və ya kodun uzaq məsafədən daxil edilməsinə imkan verər ki, bunun da nəticəsində hücumu həyata keçirən şəxs əsas infrastruktur üzərində nəzarəti tam ələ keçirə bilər.
Bildirilir ki, cinayətkarlar sənaye sistemlərinə müdaxilə üçün müxtəlif üsullardan istifadə edirlər. 2015-ci ilin avqustuna olan məlumata görə, sənaye sistemlərinə hücumlar üçün əsas mənbələr ABŞ (70 faiz), Böyük Britaniya və İtaliya (müvafiq olaraq hərəyə 10 faiz), Kanada, Yaponiya və Niderland (müvafiq olaraq hərəyə 5 faiz) olub.
Cinayətkarları əsasən Kanada (23 faiz), ABŞ (17 faiz), Macarıstan və İsraildə (müvafiq olaraq hərəyə 14 faiz) yerləşən “SCADA” sistemləri maraqlandırıb.
Nizam Nuriyev
Baxış sayı: 606
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir