12px13px15px17px
Tarix:11/06/11

İspaniyada haker hücumunun iştirakçıları tutulublar

Barselona, Alikante və Almeridə hökumət və korporativ serverlərə, həmçinin PlayStation Network xidmətinə edilmiş haker hücumları ilə əlaqəsi olan “Anonymous” qrupunun 3 üzvü saxlanılıb.
İspan polisinin məlumatına görə, hakerlər hücumların koordinasiyası üçün İspaniyanın şimalında Xixon şəhərində həyət evində yerləşən serverdən istifadə ediblər.
Son il ərzində “Anonymous” qrupu tərəfindən BBVA və “Bankia” ispan bankları serverlərinə, italyan energetika kompaniyası Enel-ə, həmçinin PlayStation Network və Sony Online Entertainment xidmətlərinə haker hücumları edilib. Bundan başqa, hakerlər Misir, Əlcəzair, Liviya, İran, Çili, Kolumbiya və Yeni Zellandiyanın hökumət saytlarına irimiqyaslı haker hücumlarında iştirak ediblər.
Polis nümayəndələri bildiriblər ki, hakerlər hücum üçün botnet sistemindən (heç nədən şübhələnməyən istifadəçilərin lazımi serverə daimi sorğu göndərən yoluxmuş kompyuterləri) istifadə ediblər.
Xatırladaq ki, 2011-ci il aprelin 20-də irimiqyaslı haker hücumlarından sonra dünyada ən böyük oyun xidmətlərindən biri - PlayStation Network deaktiv olmuşdu.
PlayStation Network-a hücum tarixdə ən irimiqyaslı hücumlardan biri kimi qeydə alınıb.



Baxış sayı: 795

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 İyun 2018

18 06 2018