Tarix:29/06/16
Tədqiqatçılar tərəfindən kompüterə qurulmuş proqram ventilyatorun fırlanma sürətini dəyişdirmək qabiliyyətinə malikdir. FK-nin yanında yerləşmiş smartfon ventilyatorun səslənmə tezliyindəki dəyişiklikləri qeydə alır və məlumatları qəbul edir.
“ICTnews” Elektron Xəbər Xidməti bildirir ki, tədqiqatçılar ventilyatorda müxtəlif fırlanma sürətini işə salaraq bir neçə sınaq keçiriblər.
Alimlər 1000-1600 dövr/dəq. fırlanma tezliyi zamanı səsyazma qurğusunun FK-dən 1 metr məsafədə yerləşməsi halında dəqiqədə 3 bit məlumat qəbuluna nail olublar.
2000-2500 dövr/dəq. fırlanma tezliyində bu göstərici 4 metr məsafədə dəqiqədə 10 bit təşkil edib. Nəhayət, 4000-4250 dövr/dəq. zamanı məlumatların dəqiqədə 15 bit sürətlə ötürülməsinə nail olunub.
FK qismində masaüstü “Dell” sistemi, səsyazma qurğusu kimi isə “Samsung Galaxy S4” smartfonu istifadə edilib. Sınaqlar tədqiqat laboratoriyalarında keçirilib və orada başqa avadanlıq da işləyib, yəni fon səs-küylü olub.
Kompüter kuleri işləyən zaman 100-600 Hs tezliyində səs çıxardır. Bu diapazon insan qulağı tərəfindən eşidilir, buna görə FK operatoru sözügedən proqram işləyən zaman kompüterin işində problem olduğunu zənn edə bilər. Tədqiqatçılar bildiriblər ki, proqramın icrasını elə sazlamaq olar ki, kompüter arxasında heç kəs olmadıqda işləsin.
Emil Hüseynov
Ventilyator vasitəsilə fərdi kompüterdən məlumatların ələ keçirilməsi üsulu tapılıb
İsraildə yerləşən Ben-Qurion adına Universitetin tədqiqatçıları prosessora qurulan ventilyatorun fırlanma sürətini dəyişməklə internetə çıxışı olmayan fərdi kompüterdən (FK) məlumatların ələ keçirilməsi metodunu nümayiş etdiriblər.Tədqiqatçılar tərəfindən kompüterə qurulmuş proqram ventilyatorun fırlanma sürətini dəyişdirmək qabiliyyətinə malikdir. FK-nin yanında yerləşmiş smartfon ventilyatorun səslənmə tezliyindəki dəyişiklikləri qeydə alır və məlumatları qəbul edir.
“ICTnews” Elektron Xəbər Xidməti bildirir ki, tədqiqatçılar ventilyatorda müxtəlif fırlanma sürətini işə salaraq bir neçə sınaq keçiriblər.
Alimlər 1000-1600 dövr/dəq. fırlanma tezliyi zamanı səsyazma qurğusunun FK-dən 1 metr məsafədə yerləşməsi halında dəqiqədə 3 bit məlumat qəbuluna nail olublar.
2000-2500 dövr/dəq. fırlanma tezliyində bu göstərici 4 metr məsafədə dəqiqədə 10 bit təşkil edib. Nəhayət, 4000-4250 dövr/dəq. zamanı məlumatların dəqiqədə 15 bit sürətlə ötürülməsinə nail olunub.
FK qismində masaüstü “Dell” sistemi, səsyazma qurğusu kimi isə “Samsung Galaxy S4” smartfonu istifadə edilib. Sınaqlar tədqiqat laboratoriyalarında keçirilib və orada başqa avadanlıq da işləyib, yəni fon səs-küylü olub.
Kompüter kuleri işləyən zaman 100-600 Hs tezliyində səs çıxardır. Bu diapazon insan qulağı tərəfindən eşidilir, buna görə FK operatoru sözügedən proqram işləyən zaman kompüterin işində problem olduğunu zənn edə bilər. Tədqiqatçılar bildiriblər ki, proqramın icrasını elə sazlamaq olar ki, kompüter arxasında heç kəs olmadıqda işləsin.
Emil Hüseynov
Baxış sayı: 716
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir