12px13px15px17px
Tarix:30/06/16

Bu antivirus proqram təminatı milyonlarla istifadəçini zərbə altında qoyur

“Symantec” şirkətinin kompüteri virus və başqa təhlükələrdən qoruyan məhsul xəttinin böyük əksəriyyətində aşkar edilmiş boşluq milyonlarla fərdi istifadəçi və nəhəng təşkilatları zərbə altına qoyur. “Google Project Zero” təhlükəsizlik komandasının eksperti Tevis Ormandi xəbərdarlıq edib ki, “Symantec” şirkəti tərəfindən hazırlanmış proqram təminatı sayəsində kompüterlər özü işə düşən hücumlar qarşısında dayanıqsız olur və hakerlərə sistem üzərində tam nəzarəti ələ keçirməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən xəbər verir ki, proqramçı yalnız “Symantec” şirkəti təhlükəsizlik bülleteni çıxardıqdan sonra bu barədə yazı yazıb. Müəssisələr üçün antivirus proqram təminatında 17 boşluq, istifadəçi və kiçik biznes üçün “Norton” məhsullarında 8 boşluq aradan qaldırılıb.

Ormandinin sözlərinə görə, aşkar edilmiş boşluqlardan istifadə etmək asandır. Məsələn, virus bir kompüterdən digərinə yoluxmuş şəbəkə üzrə  maneəsiz yayıla bilər. “Symantec” giriş-çıxış üzrə bütün mesajları ələ keçirmək üçün filtr drayverindən istifadə edir, buna görə hakerin qurbana elektron poçtla fayl və ya eksployta istinad göndərməsi kifayətdir.

Bundan başqa, hətta qurbanın faylı işə salması, istinad üzrə keçidinə ehtiyac yoxdur. Belə ki, antivirus zərərli kodu özü işə salır. Antivirus proqram təminatının belə davranışı “Norton” və “Symantec” müştəriləri üçün faciəvi nəticələrə səbəb ola bilər. “Symantec”in istifadəçilərinə antivirusu yeniləmək tövsiyə edilir.

Emil Hüseynov




Baxış sayı: 890

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024