12px13px15px17px
Tarix:05/07/16

Dünyada hər dördüncü mobil qurğu zərərli proqram təminatına yoluxub

“Skycure” şirkəti dünyada hər dördüncü mobil qurğunun zərərli proqram təminatına yoluxmasını açıqlayıb. Şirkətin təhlükəsizlik təhdidlərinə həsr edilən rüblük hesabatına görə, zərərli proqramlar “Apple” istehsalı olan korporativ qurğuların 3 faizində və “Android” sistemli qurğuların 5,7 faizində quraşdırılıb.  

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, hesabata görə, “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən korporativ qurğular üçün zərərli proqram təminatı (76 unikal nümunə) “iOS” (22 faiz) ilə müqayisədə müxtəlifliyi ilə seçilir. “Google” şirkətinin mobil əməliyyat sistemi hakerlər üçün zərərli proqramların yaradılması və yayılması üçün böyük imkanlar açır. Lakin buna baxmayaraq “Skycure” şirkətinin tədqiqatından məlum olub ki, hər iki sistem üçün zərərli proqram təminatı nümunələrinin sayı sürətlə artmaqda davam edir.

Bildirilir ki, istifadəçilərə qurğuda böyük üstünlüklər verən “Jailbreak” (Apple şirkətinin “iPhone”, “iPod” və ya “iPad” qurğularının fayl sistemlərindən istifadəyə imkan verən rəsmən dəstəkləmədiyi əməliyyatı) korporativ və şəxsi “iPhone” və “iPad” qurğularının müvafiq olaraq 0,02 və 0,56 faizində quraşdırılıb. Korporativ istifadəçilərin 0,71 faizi və şəxsi “Android” qurğu sahiblərinin 3,38 faizi super istifadəçi hüququna malikdir.  

Müəssisələrdə “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən istifadədə olan hər beşinci qurğu (19,3 faiz) kənar mənbələrdən əlavələr quraşdırmağa imkan verir. Etibarsız mənbələrdən quraşdırılan proqramların əksəriyyətində zərərli proqram təminatının olmasına görə onlar korporativ məlumatların təhlükəsizliyi üçün ciddi təhlükə törədir.

Ən təhlükəsiz əlavələr mağazalarından biri “Google Play Store” (hər 1600 əlavə üçün 1 zərərli əlavə) hesab edilir. Viruslara 2 və 12 dəfə daha çox “Samsung” və “Amazon” mağazalarında rast gəlinir. 

Nizam Nuriyev 



Baxış sayı: 627

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024