Tarix:05/07/16
Bildiyiniz kimi, virtual mühit bədniyyətli şəxslərin internet istifadəçilərinə məxsus fərdi və ya maliyyə məlumatların ələ keçirilməsi prosesini asanlaşdırır. Belə ki, müasir dövrdə bir çox şirkətlər və təşkilatlar müştərilərinə məxsus məlumatları şirkətə məxsus məlumat bazalarında saxlayırlar. Bədniyyətlilərin həmin məlumat bazasına giriş əldə etməsi bir çox insanın fərdi məlumatlarının asanlıqla ələ keçirilməsi deməkdir.
Həssas məlumatları bu və ya digər şirkətlərin məlumat bazasında saxlanılan hər kəs qurbana çevrilə bilər.
Heç bir internet istifadəçisi bu kimi hallardan siğortalanmayıb, lakin aşağıdakı qaydalara riayət etməklə mümkün riski azaltmaq mümkündür:
- Nüfuzlu şirkətlərlə işləyin: Fərdi və ya maliyyə məlumatlarını təqdim etməzdən əvvəl şirkətin etibarlılığından əmin olun. Bədniyyətlilər saxta veb saytlar yaradıb, sizi onun həqiqi olduğuna inandıraraq aldada bilər. Odur ki, məlumatları təqdim etməzdən əvvəl veb ünvanın həqiqiliyinə əmin olun ki, sosial mühəndislik və fişinq kimi hücumların qurbanına çevrilməyəsiniz.
- Təhlükəsizlik qaydalarına əməl edin: Şifrə təyin edərkən mümkün qədər mürəkkəb şifrələrdən istifadə edin. Mürəkkəb şifrənin təyin olunması barədə bu linkdən ətraflı məlumat əldə edə bilərsiniz.
- Məxfilik siyasətini oxuyun: Məlumatlarınızı daxil etməzdən əvvəl şirkətin məxfilik siyasətinə nəzər yetirin və məlumatlarınızın istifadəsinə və üçüncü tərəfə ötürüb- ötürülməməsinə diqqət yetirin.
- Sizə məxsus məlumatları onlayn mühitdə yerləşdirdiyiniz zaman diqqətli olun: Bədniyyətlilər bir neçə mənbədən məlumatlarınızı toplaya bilərlər. Odur ki, fərdi məlumatlarınızı ictimai forumlarda paylaşmaqdan çəkinin.
- Antivirus və "firewall"-dan istifadə edin: Kompüter və mobil qurğunuzu mütəmadi olaraq viruslardan yoxlayın.
- Bankda mövcud hesabınızın fəaliyyətindən xəbərdar olun: Müştərisi olduğunuz bankdan hesab kartınızın fəaliyyəti barədə mütəmadi olaraq hesabat tələb edin.
Fərdi məlumatlarin oğurlanmasının qarşısının alınma yolları
Şəxsiyyət vəsiqəsi, bank hesab kartları, veb səhifə, sosial şəbəkə və ya e-poçt hesabları barədə həssas məlumatların qeyri-qanuni şəkildə ələ keçirilməsi fərdi məlumatların oğurlanması hesab edilir.Bildiyiniz kimi, virtual mühit bədniyyətli şəxslərin internet istifadəçilərinə məxsus fərdi və ya maliyyə məlumatların ələ keçirilməsi prosesini asanlaşdırır. Belə ki, müasir dövrdə bir çox şirkətlər və təşkilatlar müştərilərinə məxsus məlumatları şirkətə məxsus məlumat bazalarında saxlayırlar. Bədniyyətlilərin həmin məlumat bazasına giriş əldə etməsi bir çox insanın fərdi məlumatlarının asanlıqla ələ keçirilməsi deməkdir.
Həssas məlumatları bu və ya digər şirkətlərin məlumat bazasında saxlanılan hər kəs qurbana çevrilə bilər.
Heç bir internet istifadəçisi bu kimi hallardan siğortalanmayıb, lakin aşağıdakı qaydalara riayət etməklə mümkün riski azaltmaq mümkündür:
- Nüfuzlu şirkətlərlə işləyin: Fərdi və ya maliyyə məlumatlarını təqdim etməzdən əvvəl şirkətin etibarlılığından əmin olun. Bədniyyətlilər saxta veb saytlar yaradıb, sizi onun həqiqi olduğuna inandıraraq aldada bilər. Odur ki, məlumatları təqdim etməzdən əvvəl veb ünvanın həqiqiliyinə əmin olun ki, sosial mühəndislik və fişinq kimi hücumların qurbanına çevrilməyəsiniz.
- Təhlükəsizlik qaydalarına əməl edin: Şifrə təyin edərkən mümkün qədər mürəkkəb şifrələrdən istifadə edin. Mürəkkəb şifrənin təyin olunması barədə bu linkdən ətraflı məlumat əldə edə bilərsiniz.
- Məxfilik siyasətini oxuyun: Məlumatlarınızı daxil etməzdən əvvəl şirkətin məxfilik siyasətinə nəzər yetirin və məlumatlarınızın istifadəsinə və üçüncü tərəfə ötürüb- ötürülməməsinə diqqət yetirin.
- Sizə məxsus məlumatları onlayn mühitdə yerləşdirdiyiniz zaman diqqətli olun: Bədniyyətlilər bir neçə mənbədən məlumatlarınızı toplaya bilərlər. Odur ki, fərdi məlumatlarınızı ictimai forumlarda paylaşmaqdan çəkinin.
- Antivirus və "firewall"-dan istifadə edin: Kompüter və mobil qurğunuzu mütəmadi olaraq viruslardan yoxlayın.
- Bankda mövcud hesabınızın fəaliyyətindən xəbərdar olun: Müştərisi olduğunuz bankdan hesab kartınızın fəaliyyəti barədə mütəmadi olaraq hesabat tələb edin.
Baxış sayı: 621
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir