Tarix:08/07/16
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən xəbər verir ki, tədqiqatçılar tərəfindən “BadTunnel” adlandırılmış boşluq “NetBIOS” şəbəkə protokolunun reallaşdırılmasındakı səhvin nəticəsidir. Sözügedən şəbəkə protokolu hakerlərə əməliyyat sistemində istənilən şəbəkə aktivliyinə nəzarət etməyə imkan verir.
Hakerlər “Windows” sistemi üzərində nəzarəti ələ keçirmək üçün istifadəçini müəyyən bir şəkildə tərtib edilmiş və hücum edilən kompüterin IP ünvanından ibarət istinada keçid etməyə inandırmaq kifayətdir. Bildirək ki, şəbəkə arası ekranlar və ya “NAT” sözügedən boşluqdan istifadəyə əsaslanan hücumun qarşısını ala bilmir.
“Windows” platformasının son versiyalarında bu boşluq artıq aradan qaldırılıb. “Microsoft” iyunun əvvəlində “MS16 – 063” və “MS16 – 077” təhlükəsizlik bülletenləri buraxıb. Amma (“Windows XP” və “Windows Server 2003” daxil olmaqla köhnə və artıq dəstəklənməyən versiyalarda boşluq mövcuddur.
Emil Hüseynov
“Windows” sistemində aşkar edilmiş boşluq trafiki ələ keçirməyə imkan verir
Çinin “Tencent” internet şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəssisləri tərəfindən “Windows” əməliyyat sistemində aşkar edilmiş boşluq sayəsində kompüterin şəbəkə trafikini ələ keçirmək mümkündür. Bu boşluq “Microsoft”un bütün əməliyyat sistemlərində mövcuddur.“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən xəbər verir ki, tədqiqatçılar tərəfindən “BadTunnel” adlandırılmış boşluq “NetBIOS” şəbəkə protokolunun reallaşdırılmasındakı səhvin nəticəsidir. Sözügedən şəbəkə protokolu hakerlərə əməliyyat sistemində istənilən şəbəkə aktivliyinə nəzarət etməyə imkan verir.
Hakerlər “Windows” sistemi üzərində nəzarəti ələ keçirmək üçün istifadəçini müəyyən bir şəkildə tərtib edilmiş və hücum edilən kompüterin IP ünvanından ibarət istinada keçid etməyə inandırmaq kifayətdir. Bildirək ki, şəbəkə arası ekranlar və ya “NAT” sözügedən boşluqdan istifadəyə əsaslanan hücumun qarşısını ala bilmir.
“Windows” platformasının son versiyalarında bu boşluq artıq aradan qaldırılıb. “Microsoft” iyunun əvvəlində “MS16 – 063” və “MS16 – 077” təhlükəsizlik bülletenləri buraxıb. Amma (“Windows XP” və “Windows Server 2003” daxil olmaqla köhnə və artıq dəstəklənməyən versiyalarda boşluq mövcuddur.
Emil Hüseynov
Baxış sayı: 636
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir