Tarix:18/07/16
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, əlavələr istifadəçinin fərdi məlumatlarını, daimi ödənişli abunələri, eləcə də marketinq məlumatları və reklamların alınması üçün razılıq tələb edib. Proqramlar işə salınan zaman istifadəçiyə mobil qurğu modelinin adını, öz adını və qəbul etmək istədiyi abunəçi sayını daxil etmək lazım gəlib. "Abunəçi sayının artırılması prosesi" başladıqdan sonra saxta robot yoxlanışından keçmək tələb olunub.
Bildirilir ki, istifadəçiyə fərdi məlumat (ad, elektron poçt ünvanı, ünvan, telefon, doğum tarixi və cins) qarşılığında çoxsaylı müxtəlif hədiyyələr, kupon və pulsuz xidmətlər təklif edilib. Çoxsaylı mənfi şərhlərə baxmayaraq əlavələrin populyarlığı azalmayıb.
"Google" şirkəti problem barədə məlumatlandırılıb və əlavələr artıq internet mağazasından silinib. Lakin "ESET" ekspertləri xəbərdarlıq ediblər ki, "Google Play"də oxşar xarakterli digər əlavələr qala bilər.
Nizam Nuriyev
Bir milyona yaxın “Android” qurğu istifadəçisi fırıldaqçıların qurbanı olub
"ESET" antivirus şirkəti "Google Play" əlavələr mağazasında sosial şəbəkələrdə abunəçi sayının artırılması üçün nəzərdə tutulan 8 saxta "Android" əlavəsi aşkarlayıb. Tədqiqatçıların "Android/Fasurke" adlandırdığı proqramlar vasitəsilə cinayətkarlar fərdi məlumatlar və pul oğurlamağa nail olublar. Fırıldaqçılıq kampaniyası zamanı 250 mindən 1 milyonadək istifadəçi əlavəni quraşdırıb."ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, əlavələr istifadəçinin fərdi məlumatlarını, daimi ödənişli abunələri, eləcə də marketinq məlumatları və reklamların alınması üçün razılıq tələb edib. Proqramlar işə salınan zaman istifadəçiyə mobil qurğu modelinin adını, öz adını və qəbul etmək istədiyi abunəçi sayını daxil etmək lazım gəlib. "Abunəçi sayının artırılması prosesi" başladıqdan sonra saxta robot yoxlanışından keçmək tələb olunub.
Bildirilir ki, istifadəçiyə fərdi məlumat (ad, elektron poçt ünvanı, ünvan, telefon, doğum tarixi və cins) qarşılığında çoxsaylı müxtəlif hədiyyələr, kupon və pulsuz xidmətlər təklif edilib. Çoxsaylı mənfi şərhlərə baxmayaraq əlavələrin populyarlığı azalmayıb.
"Google" şirkəti problem barədə məlumatlandırılıb və əlavələr artıq internet mağazasından silinib. Lakin "ESET" ekspertləri xəbərdarlıq ediblər ki, "Google Play"də oxşar xarakterli digər əlavələr qala bilər.
Nizam Nuriyev
Baxış sayı: 698
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir