12px13px15px17px
Tarix:09/08/16

“Android” sistemi ilə işləyən 900 milyon qurğu təhlükə altındadır

“Qualcomm” şirkətinin prosessorları ilə təchiz edilmiş “Android” sistemli 900 milyon qurğu yeni təhlükə ilə üzləşib. “Check Point” şirkətinin ekspertləri tərəfindən aşkar edilmiş boşluqlar seriyası “Quadrooter” adlandırılıb və sözügedən boşluq kibercinayətkara qurbanın smartfonu və planşeti üzərində tam nəzarəti ələ keçirməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti vesti.ru saytına istinadən xəbər verir ki, araşdırmaya əsasən, cihaz “Qualcomm” çipi ilə təchiz edilibsə, “Android”  mobil əməliyyat sisteminin istənilən versiyası boşluqlar qarşısında dayanıqsızdır. Haker istifadəçini aldadaraq zərərli proqram təminatını cihaza quraşdırmağa onu inandırmalıdır.

Bundan sonra super istifadəçi hüququna sahiblənmiş haker qurğuda istənilən əməliyyatı yerinə yetirə bilər. Hətta iyunda dünyada ən təhlükəsiz smartfon kimi elan edilmiş “BlackBerry DTEK50” cihazı haker hücumuna qarşı dayanıqsızdır.

“Qualcomm” şirkəti artıq boşluqları aradan qaldıran lazımi proqram təminatını çıxarıb. Amma “Google” şirkətinin nümayəndələri xəbərdarlıq ediblər ki, “Quadrooter” adlı boşluqlar seriyası “Android” sistemində yalnız sentyabrda tam aradan qaldırılacaq.

Emil Hüseynov




Baxış sayı: 569

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024