12px13px15px17px
Tarix:24/08/16

Haker əleyhinə modulla təchiz edilmiş kompüter çipi yaradılıb

Ən müxtəlif təyinatlı elastik kompüter çiplərinin istehsalı hakerlərin asanlıqla müxtəlif qurğuların çiplərinə müdaxiləsinə səbəb olur. İndi informasiya və kompüter təhlükəsizliyi problemi bir çox kompüter şirkətləri  üçün həlledici amildir. Çünki çiplərə qurulmuş “troyan”ların köməyi ilə qurğulara müdaxilə mümkündür. Bu səbəbdən Nyu-York Universitetinin nəzdində Tandon Mühəndislik məktəbinin professoru Siddxartx Qarq özündə iki modul birləşdirən unikal kompüter çipi hazırlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “fainaidea.com” saytına istinadən yazır ki, bu iki modul ayrı-ayrı hesablamalarla məşğul olur. Birinci modul hesablamalar üçün məsuliyyət daşıyır, ikinci modul isə birincinin hesablamalarını diqqətlə izləyərək onu yoxlayır. Viruslar proqram təminatından fərqli olaraq, kompüter çipinə gizlicə inteqrasiya edilir ki, onları da izləmək çətin olur.
 
Məhz bu səbəbdən Qarq və onun komandası problemə başqa istiqamətdən yanaşaraq iki moduldan ibarət çip hazırlayıb. Bu yanaşma "yenidən yoxlanan hesablamalar" adlandırılıb və çipin ilkin hesablamalarının daimi yoxlamasını nəzərdə tutur. Qarq əmin edir ki, çipin ikinci moduluna müdaxilə qeyri-mümkündür.
 
Qeyd edək ki, kompüter çipi üçün ikinci modul olduqca mobildir və qurğunun funksionallığına heç bir mənfi təsir etmir.
 
Emil Hüseynov




Baxış sayı: 870

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024