Tarix:06/09/16
“ICTnews” Elektron Xəbər Xidməti “Internetua” resursuna istinadən yazır ki, yoluxmuş əlavənin yüklənməsi zamanı qurğuya nüfuz edən zərərli proqram təminatı yaradıcı ona lazımi məlumatları toplamağı əmr etməyənədək özünü büruzə vermir. Virusun smartfon və server arasında rabitə əlaqəsi yaratmaqla qurğuda edilən bütün əməliyyatlar barədə informasiyanı ötürməsi böyük təhlükə törədir.
Mütəxəssislər bildiriblər ki, virus, həmçinin çıxış nöqtələri və lokal şəbəkələr haqqında məlumatlar toplamaqla müəssisə və şirkətləri risklə üz-üzə qoyur. Bu, bank hesabları məlumatlarını oğurlayan viruslardan da təhlükəli ola bilər. Hazırda “Google” mütəxəssisləri əlavələr mağazasında müvafiq təmizləmə işləri aparsalar da, qurğunun təhlükəsiz olmasına əmin olmağı tövsiyə edirlər.
Nizam Nuriyev
“Google Play” mağazasında təhlükəli virus aşkarlanıb
“Check Point” şirkətinin tədqiqatçıları “Google Play” əlavələr mağazasında "Dresscode” adlanan 40-dan çox virusa yoluxma faktı aşkarlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Internetua” resursuna istinadən yazır ki, yoluxmuş əlavənin yüklənməsi zamanı qurğuya nüfuz edən zərərli proqram təminatı yaradıcı ona lazımi məlumatları toplamağı əmr etməyənədək özünü büruzə vermir. Virusun smartfon və server arasında rabitə əlaqəsi yaratmaqla qurğuda edilən bütün əməliyyatlar barədə informasiyanı ötürməsi böyük təhlükə törədir.
Mütəxəssislər bildiriblər ki, virus, həmçinin çıxış nöqtələri və lokal şəbəkələr haqqında məlumatlar toplamaqla müəssisə və şirkətləri risklə üz-üzə qoyur. Bu, bank hesabları məlumatlarını oğurlayan viruslardan da təhlükəli ola bilər. Hazırda “Google” mütəxəssisləri əlavələr mağazasında müvafiq təmizləmə işləri aparsalar da, qurğunun təhlükəsiz olmasına əmin olmağı tövsiyə edirlər.
Nizam Nuriyev
Baxış sayı: 658
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir