12px13px15px17px
Tarix:09/09/16

Avropa İttifaqı “WhatsApp”, “Skype”, “FaceTime” messencerlərində təhlükəsizlik tədbirlərini gücləndirəcək

“WhatsApp”, “Skype”, “FaceTime” xidmətlərini göstərən şirkətlərdə islahatlar aparılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, zəng xidmətləri və ani mesaj mübadiləsi təklif edən bu şirkətlər təhlükəsizliklə bağlı hallar barəsində xəbərdarlıq etməyə, qanun pozuntuları  haqda hesabatlar təqdim etməyə və xidmətin fasiləsizliyini təmin etməyə məcburdurlar. Belə tədbirlər potensial terrorçuların ünsiyyətinə nəzarət etməyə imkan yaradır.

Böyük Britaniya rəsmiləri hesab edirlər ki, xüsusi xidmət orqanları terror hücumlarının qarşısını almaq üçün bu internet xidmətlərindən istifadə edənlərin informasiyasını toplamalı və saxlamalıdır.

Avropa Komissiyası sentyabrın ortalarında öz təkliflərini təqdim etməyə hazırdır. Lakin bu təkliflər Avropa Parlamenti və Avropa Birliyinin üzvləri tərəfindən təsdiqləndikdən sonra hüquqi qüvvəyə malik olacaq.

Emil Hüseynov




Baxış sayı: 1887

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024