Tarix:14/09/16
“ICTnews” Elektron Xəbər Xidməti “psm7.com” saytına istinadən yazır ki, 2016-cı ilin aprelində haker proqramlarından istifadə artıb. Bu ayda 1.06% smartfon zərərli proqram təminatı tərəfindən virusa yoluxdurulub. Əksər hallarda mobil qurğular özündə troyan saxlayan SMS mesajlar, pul qoparan proqramlar, zəhlətökən reklam və fərdi məlumatların oğurlanması üçün qanunsuz həllərin hücumuna məruz qalıb.
Finlandiya şirkətinin hesabatına əsasən, 2015-ci ilin ikinci yarımilliyi ilə müqayisədə mobil şəbəkədə virusa yoluxmuş cihazların sayı 20%, stasionarda isə 11% yüksəlib. Əksər hallarda “Windows” əməliyyat sistemi ilə işləyən fərdi kompüter və noutbuklar, həmçinin mobil qurğular virusa yoluxur.
“Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular daha çox haker hücumuna məruz qalır. Virusa yoluxma hallarının 74%-i bu əməliyyat sisteminin payına düşür. “Windows” platforması ilə işləyən qurğular 22%, “iOS” qurğular isə 4% halda virusa yoluxub.
Emil Hüseynov
Virusa yoluxmuş smartfonların sayı 96% artıb
“Nokia” şirkəti smartfon və başqa cihazların virusa yoluxması haqda məlumatları özündə əks etdirən “Threat Intelligence Report” adlı hesabatını təqdim edib. Hesabata əsasən, 2016-cı ilin ilk yarımilliyində virusa yoluxmuş mobil qurğuların sayı 96% artıb.“ICTnews” Elektron Xəbər Xidməti “psm7.com” saytına istinadən yazır ki, 2016-cı ilin aprelində haker proqramlarından istifadə artıb. Bu ayda 1.06% smartfon zərərli proqram təminatı tərəfindən virusa yoluxdurulub. Əksər hallarda mobil qurğular özündə troyan saxlayan SMS mesajlar, pul qoparan proqramlar, zəhlətökən reklam və fərdi məlumatların oğurlanması üçün qanunsuz həllərin hücumuna məruz qalıb.
Finlandiya şirkətinin hesabatına əsasən, 2015-ci ilin ikinci yarımilliyi ilə müqayisədə mobil şəbəkədə virusa yoluxmuş cihazların sayı 20%, stasionarda isə 11% yüksəlib. Əksər hallarda “Windows” əməliyyat sistemi ilə işləyən fərdi kompüter və noutbuklar, həmçinin mobil qurğular virusa yoluxur.
“Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular daha çox haker hücumuna məruz qalır. Virusa yoluxma hallarının 74%-i bu əməliyyat sisteminin payına düşür. “Windows” platforması ilə işləyən qurğular 22%, “iOS” qurğular isə 4% halda virusa yoluxub.
Emil Hüseynov
Baxış sayı: 595
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir