12px13px15px17px
Tarix:23/09/16

Dünya şirkətlərinin 5.5 milyon əməkdaşının fərdi məlumatları internetdə yerləşdirilib

"Financial Times" nəşri Britaniyanın kibertəhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış "Digital Shadows" şirkətinin məlumatına istinadən yazır ki, dünyanın aparıcı şirkətləri öz əməkdaşlarının fərdi məlumatlarının sızması halları ilə qarşılaşırlar.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, hazırda dünyanın 1000 ən böyük  ictimai şirkətində çalışan 5.5 milyon işçinin parol və başqa fərdi məlumatları internetdə yerləşdirilib. Bu halda məlumat itkisinin 90%-i son zamanlar qeydə alınıb.

"Biz məlumat itkilərini 2012-ci ildən təhlil edirik, buna görə mən çoxlu təkrarla qarşılaşacağımızı düşünürdüm, ancaq fərdi məlumatların yalnız 10%-i əvvəlkilərə aiddir, - "Digital Shadows" şirkətinin strategiya üzrə vitse-prezidenti Rik Holland deyib".

"Digital Shadows" şirkətinin mütəxəssisləri "LinkedIn", "Dropbox" və "MySpace" kimi populyar saytlardan oğurlanmış informasiyanı araşdırıblar.

Ekspertlərin sözlərinə görə, istifadəçilərin 60%-dən çoxu müxtəlif saytlarda, həmçinin öz elektron poçtlarında eyni parollardan istifadə edir ki, bu da hakerlərin işini asanlaşdırır.

Kibertəhlükəsizlik məsələləri üzrə konsultantlar şirkətlərə öz əməkdaşlarından parollarını hər səkkiz həftədən bir dəyişdirməyi tələb etməyi və əlavə müdafiədən, məsələn, mobil telefonun köməyi ilə əsilliyin yoxlanmasından istifadəni məsləhət görürlər.

2015-ci ilin sonunda hakerlər Britaniyanın "TalkTalk" adlı nəhəng telekommunikasiya operatorunun 100 mindən çox müştərisinin məlumatını ələ keçiriblər və nəticədə şirkət 60 milyon funt-sterlinq (78,4 milyon dollar) məbləğində zərərə məruz qalıb. 2015-ci ilin nəticəsinə görə, Britaniya biznesinin məlumat itkisindən zərəri 34 milyard funt-sterlinq (44 milyarddan çox dollar) məbləğində qiymətləndirilir.

Emil Hüseynov




Baxış sayı: 520

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024