Tarix:23/09/16
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin hesablamalarına görə, 2016-cı ilin birinci yarısında məxfi informasiya itkilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb. Altı ay ərzində 1 milyarddan çox fərdi məlumat ələ keçirilib ki, bu da ötənilki nəticəni ötür.
ABŞ məlumat itkisinin sayına görə liderdir: 2016-cı ilin yanvar-iyununda 451 belə hadisə qeydə alınıb ki, bu da fərdi məlumat itkisinin ümumi sayının 54%-i deməkdir. 110 məlumat itkisi qeydə alınmış Rusiya ikinci pillədə qərarlaşıb. Sonrakı, üçüncü pillədə Böyük Britaniya (39 məlumat itkisi) qərarlaşıb.
“InfoWatch” şirkətinin araşdırmasına əsasən, məlumat itkisinin 66%-i daxili səbəblər üzündən olub. Məlumat itkisinin 33%-i kənar hücumlar səbəbindən qeydə alınıb, amma belə hücumlardan dəymiş zərərin həcmi əvvəlki kimi yüksək qiymətləndirilir.
Emil Hüseynov
Bu ölkə məlumat itkisinin sayına görə liderdir
“InfoWatch” informasiya təhlükəsizliyinin təmini üzrə həllər istehsalçısının məlumatına əsasən, 2016-cı ildə dünya miqyasında ələ keçirilmiş fərdi məlumatların sayı iki dəfə artıb.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin hesablamalarına görə, 2016-cı ilin birinci yarısında məxfi informasiya itkilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb. Altı ay ərzində 1 milyarddan çox fərdi məlumat ələ keçirilib ki, bu da ötənilki nəticəni ötür.
ABŞ məlumat itkisinin sayına görə liderdir: 2016-cı ilin yanvar-iyununda 451 belə hadisə qeydə alınıb ki, bu da fərdi məlumat itkisinin ümumi sayının 54%-i deməkdir. 110 məlumat itkisi qeydə alınmış Rusiya ikinci pillədə qərarlaşıb. Sonrakı, üçüncü pillədə Böyük Britaniya (39 məlumat itkisi) qərarlaşıb.
“InfoWatch” şirkətinin araşdırmasına əsasən, məlumat itkisinin 66%-i daxili səbəblər üzündən olub. Məlumat itkisinin 33%-i kənar hücumlar səbəbindən qeydə alınıb, amma belə hücumlardan dəymiş zərərin həcmi əvvəlki kimi yüksək qiymətləndirilir.
Emil Hüseynov
Baxış sayı: 524
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir