Tarix:29/09/16
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, sistemin mahiyyəti “Microsoft Edge” brauzerinin virtual reallıq kompüterinin daxilində işləməsindədir. Bu isə o deməkdir ki, o, “Windows 10” əməliyyat sisteminin yaddaş və nüvəsindən ayrıca saxlanılır. Sındırılma zamanı cinayətkarlar yalnız virtual reallıq kompüterinə müdaxilə edə biləcəklər, istifadəçinin bütün məlumatları isə təhlükəsiz qalacaq.
“Windows Defender Application Guard” internetdən təkmilləşdirilmiş hücumlardan mühafizə üçün virtuallaşdırma texnologiyalarından istifadə etməklə korporativ qurğuları, müəssisə əməkdaşlarını, məlumatları və korporativ şəbəkələri qorumağa kömək edir.
Hazırda yeni funksiya yalnız "Windows 10 Enterprise” sistemində işləsə də, sonradan ondan bütün istifadəçilərin yararlana biləcəyi gözlənilir.
Nizam Nuriyev
“Microsoft Edge” brauzerində yeni mühafizə sistemi yaradılıb
Müasir reallıqlarda internetdə təhlükəsizlik çox mühüm rol oynayır. Bununla əlaqədar proqram təminatı, xüsusilə brauzer tərtibatçıları istifadəçiləri hər vəchlə fırıldaqçılardan qorumağa çalışırlar. Əksər şirkətlərin brauzerləri sındırılmaz etməyə çalışdığı halda “Microsoft” başqa yolla getmək qərarına gələrək “Windows Defender Application Guard” funksiyasını təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, sistemin mahiyyəti “Microsoft Edge” brauzerinin virtual reallıq kompüterinin daxilində işləməsindədir. Bu isə o deməkdir ki, o, “Windows 10” əməliyyat sisteminin yaddaş və nüvəsindən ayrıca saxlanılır. Sındırılma zamanı cinayətkarlar yalnız virtual reallıq kompüterinə müdaxilə edə biləcəklər, istifadəçinin bütün məlumatları isə təhlükəsiz qalacaq.
“Windows Defender Application Guard” internetdən təkmilləşdirilmiş hücumlardan mühafizə üçün virtuallaşdırma texnologiyalarından istifadə etməklə korporativ qurğuları, müəssisə əməkdaşlarını, məlumatları və korporativ şəbəkələri qorumağa kömək edir.
Hazırda yeni funksiya yalnız "Windows 10 Enterprise” sistemində işləsə də, sonradan ondan bütün istifadəçilərin yararlana biləcəyi gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 534
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir